Icma.az
close
up
RU
Rusiya Azərbaycan gərginliyinin GİZLİNLƏRİ 28 illik PLAN gerçəkləşir?

Rusiya Azərbaycan gərginliyinin GİZLİNLƏRİ 28 illik PLAN gerçəkləşir?

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sirr deyil ki, Rusiya 200 ildən çoxdur Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışır. Bu müddət ərzində istər Çar Rusiyası, istərsə də sovet və postsovet Kremlin təcrübəsində əsas metod dəyişməz qalıb: etnik və siyasi qarşıdurmalar yaratmaq, sonra isə “vasitəçi” rolu ilə həm hərbi, həm də diplomatik təsir mühiti formalaşdırmaq. Etiraf etmək lazımdır ki, bu siyasət, xüsusilə son onilliklərə qədər Kreml üçün uğurlu olub. Lakin ilk dəfədir ki, Moskva bu metodologiyanın effektivliyini sürətlə itirir. Və maraqlıdır ki, bu yeni mərhələnin konturlarını məhz Rusiya tərəfindən uzun illər boyu qarşı-qarşıya gətirilmiş Azərbaycan və Ermənistan paralel şəkildə müəyyənləşdirirlər.

Məlum olduğu kimi, bu gün Azərbaycanda Rusiyaya qarşı həm rəsmi, həm də ictimai reaksiyalar son dərəcə sərt və haqlı şəkildə formalaşıb. Xüsusilə Yekaterinburqda baş verən hadisələr azərbaycanlıların ölüm halları ətrafında Bakı susmadı, əksinə, Rusiya hüquq-mühafizə sistemini “etnik əsaslı qətliam”la ittiham edərək, məsələni açıq şəkildə siyasi müstəviyə çıxardı. Bu, Azərbaycanın artıq Rusiyaya qarşı yalnız daxili emosional reaksiya deyil, konkret siyasi mövqe sərgilədiyinin göstəricisidir.

İrəvandan Kremlə gözlənilməz reaksiya…

Eyni zamanda Ermənistan parlamentinin spikeri Alen Simonyan da Rusiyaya qarşı olduqca sərt mövqe nümayiş etdirib. Onun rus telekanallarının yayımının dayandırılması təklifini irəli sürməsi, bu məsələni “ciddi şəkildə müzakirə etməyin vaxtı çatıb” deməsi, Ermənistanın da artıq Kremlin informasiya alətlərini milli təhlükə kimi qiymətləndirdiyini göstərir. Simonyanın “bu manqurtların proqramlarına da, onların ölkəyə girişinə də çoxdan qadağa qoyulub” kimi ifadələri, habelə rusiyalı aparıcıları “degenerat” adlandırması, artıq Moskva ilə münasibətlərdə klassik diplomatik ritorikanın da bir kənara qoyulduğunu nümayiş etdirir.

Bakı və İrəvanın bu yanaşmaları faktiki olaraq Moskvanın Cənubi Qafqaz siyasətində istifadə etdiyi “yuxarıdan aşağı” narazılıq mexanizmini alt-üst edir. Əgər əvvəllər Kremlin müdaxilələri region ölkələrindəki daxili siyasi çalxantılara əsaslanırdısa, indi əks proses baş verir. Yəni Azərbaycan və Ermənistanın siyasi mərkəzlərindən gələn paralel müqavimət Moskvanı ciddi təzyiq altına alır. Bu, regionun siyasi tarixində ilkdir.

Zəngəzurla bağlı razılaşmanın pərdəarxası

Azərbaycan və Ermənistan kimi uzun illər ərzində bir-birinə qarşı duran iki ölkənin eyni anda və ya paralel şəkildə Moskvaya qarşı müqavimət formalaşdırması təkcə gündəlik siyasi konjonktura ilə izah oluna bilməz. Bu, daha çox regionun fərqli şərtlərlə yeni geosiyasi düzənə keçmək cəhdi kimi qiymətləndirilməlidir. Bu kontekstdə bir detal diqqətdən qaçmamalıdır: Nikol Paşinyanın son Türkiyə səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı əldə edilən razılaşma.

Məlumatlara görə, bu razılaşma Rusiyanın dəhliz üzərində heç bir nəzarət imkanına sahib olmamasını nəzərdə tutur. Bu isə Moskvanın prosesdən tamamilə kənarda qalması anlamına gəlir.

Kreml bu yeni geosiyasi balansı pozmaq üçün hərəkətə keçdi və iddialara görə, dini kanallar vasitəsilə Ermənistanda Paşinyana qarşı çevriliş cəhdi etdi. Lakin bu cəhd uğursuz oldu. İndi isə eyni ssenari ilə Azərbaycana təzyiq göstərməyə çalışır. Lakin bu səylər də nəticə vermir. Əslində, Türkiyə, Ermənistan və Azərbaycan üçlüyü Rusiyanın təsirinə açıq şəkildə meydan oxuyan yeni regional ox formalaşdırır. Bu isə Kreml üçün yalnız strateji deyil, eyni zamanda psixoloji məğlubiyyətdir.

Bakı və İrəvan arasında “Kalininqrad modeli”?

Moskvanın vasitəçi və qarant roluna olan ehtiyac artıq bitib. Bu rolun yeni daşıyıcısı yerli iradədir. Bakı və İrəvanın öz qərarvermə suverenliyi, eyni zamanda Türkiyənin təşəbbüskarlığı ilə formalaşan bir regional mexanizm. Bu dəyişikliklər Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının yaranmasını zəruri edir. Zəngəzurda kommunikasiyaların açılması hazırkı mərhələdə təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistan üçün mühüm geosiyasi fürsət kimi qiymətləndirilir. Lakin 10 noyabr Bəyanatında yer alan maddəyə əsasən, yola nəzarətin Kremlə verilməsi heç bir tərəfə sərf etmir. Bu səbəbdən, yeni bir model əsasında, Rusiyanın iştirak etmədiyi alternativ bir kommunikasiya çərçivəsinin qurulması ehtimalı artır. İstisna deyil ki, Türkiyədə bu məsələ artıq masaya qoyulub. Yenə istisna deyil ki, bu, “Kalininqrad modeli” və ya ona bənzər mexanizm formasında ola bilər.

Əslində, Rusiya-Azərbaycan münasibətlərində son gərginliyin arxa planında dayanan əsas motivlər də bu yeni düzənlə birbaşa bağlıdır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də qeyd etdiyi kimi, bu, tarixi andır: Rusiya imperializminə qarşı birgə və məqsədyönlü mübarizə üçün yaranmış nadir fürsətdir. Əlbəttə, burada söhbət silahlı mübarizədən getmir. Bu, siyasi və strateji bir qarşıdurmadır. Azərbaycan isə bu prosesdə emosional addımlar atmır. Lakin reallığı dərk edir: regionun gələcəyi ilə bağlı qərarlar artıq Moskvanın diktəsi ilə yox, regional aktorların iradəsi ilə formalaşmalıdır.

28 il öncəki proqnoz…

1997-ci ildə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski özünün məşhur “Böyük Şahmat Taxtası” əsərində yazırdı:

“Rusiya imperiyasının dağılması və ya bərpası üç ölkədən asılıdır – Ukrayna, Azərbaycan və Özbəkistan. Əgər bu ölkələr Moskva orbitindən uzaqda qalarsa, Rusiya imperiyası bərpa oluna bilməz”.

Bjezinskiyə görə, SSRİ-nin dağılmasında olduğu kimi, gələcəkdə də Rusiyanın parçalanması məhz bu üç ölkənin geosiyasi mövqeyindən asılı olacaq. Bugünkü qlobal proseslərə baxdıqda aydın olur ki, Azərbaycan təkcə öz taleyini deyil, bütövlükdə regionun və hətta qlobal güc balansının gələcəyini formalaşdıran əsas fiqurlardan biridir. Bu “böyük şahmat taxtası”nda biz piyada yox, öz ağırlığı və iradəsi olan, oyun qaydalarını dəyişdirən aktor statusundayıq.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyul 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri