Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“Rusiya ilə Azərbaycan arasında böyük pərdəarxası oyunlar gedir” Britaniyalı politoloq gizlinləri açdı

“Rusiya ilə Azərbaycan arasında böyük pərdəarxası oyunlar gedir” Britaniyalı politoloq gizlinləri açdı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:

– Cənab Uolş, Rusiya prezidenti Vladimir Putinin Çinə səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında Azərbaycanla münasibətlər haqda səsləndirdiyi fikirləri necə anlamaq olar? İlk baxışdan, Putin İlham Əliyevlə münasibətləri qaydasına salmağa meylli kimi görünür, ancaq onun açıqlamasında bir qədər qeyri-müəyyənlik də var. Kreml münasibətlərin normallaşması üçün addım atmağı düşünmürmü?

– Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər iki istiqamətdə inkişaf edə bilər. Hazırda ötən il baş verən hadisələrə görə düşmənçilik mövqeyini saxlamaq hər iki tərəfin maraqlarına uyğundur. Lakin bu ədavəti çərçivədə saxlamaq və onun nəzarətdən çıxmasına imkan verməmək həm Moskvanın, həm də Bakının marağındadır. Bu, hər iki tərəfə zərər verə bilər və onların milli maraqlarına uyğun gəlmir. Hazırda pərdə arxasında və ictimai ritorikadan kənarda, daha yüksək “stavka”lar üçün daha böyük oyunlar oynanılır. ŞƏT-in Çindəki sammiti və Avrasiyanın inkişafı bir məsələdir, Tramp-Putin danışıqları başqa bir məsələ. Hər iki faktorun gələcək Rusiya-Azərbaycan münasibətlərinə böyük təsiri olacaq.

Zəngəzur dəhlizinin açılması sürətlənir? Çində keçirilən və bu dəhlizə birbaşa aidiyyəti olan ölkələrin də iştirakçısı olduqları sammitdən sonra proses tezliklə yekunlaşacaq?

– Avrasiyanın inkişafı həqiqətən də dəhlizin hərəkətverici qüvvəsidir. “Tramp marşrutu” razılaşması onun reallaşmasını sürətləndirdi. Yenə də burada iki maneə var. Birincisi, Paşinyan Ermənistanda bunu erməni ictimaiyyəti ilə birlikdə tənzimləməlidir. O, yaxşı mövqe seçib, lakin seçkiqabağı dövrdə çətinliklərlə üzləşə bilər. İkincisi, dəhlizin geosiyasi aspekti var və buna Trampın Putin və Si Cinpin ilə münasibətləri təsir edə bilər. Dünya indi dəyişməkdədir, ABŞ-ın liderlik etdiyi dünya nizamı sona çatır və ŞƏT-in timsalında yeni çoxqütblü dünya yaranır. Bütün bunlar dəhlizlə bağlı prosesin inkişafına təsir edəcək və bu, əksər insanların marağındadır.

– ABŞ Prezidenti Donald Tramp Pentaqona Rusiya ilə Çin arasında yaxınlaşmanın qarşısını almaq üçün hazırlıq görməyi tapşırıb. Müdafiə naziri Pit Heqsetin sözlərinə görə, əvvəlki administrasiyaların zəifliyi iki böyük gücü bir-birinə daha da yaxınlaşdırıb və bu, ABŞ üçün ciddi təhlükə hesab olunur. Tramp isə ordunun yenidən qurulmasını və çəkindirici gücün bərpasını vacib sayır. Paralel olaraq, Şimali Koreya liderinin də ŞƏT sammiti üçün Çinə getməsi, Putinlə görüşü diqqət çəkir. Çin və Rusiya arasında güclü strateji birlik mümkündürmü? Trampın bu qorxusu nədən qaynaqlanır?

Həmçinin oxuyun:

Moskvanı silkələyən qərar: Putin qəribə təklif irəli sürdü, Medvedev təhdid etdi – Yeni hücum

– Tramp, Nikson/Kissincerin Rusiya və Çin arasında çaxnaşma yaratmağa yönəlmiş köhnə siyasətin Bayden administrasiyası tərəfindən dağıdılması ilə bağlı dediklərində haqlıdır. Ukrayna müharibəsi bu siyasəti məhv etdi. Çin və Rusiya xüsusilə Baydenin bütün dünyanı təhdid edən sanksiyaları səbəbindən daha da yaxınlaşdı. Bayden ABŞ-ı Ukrayna müharibəsinə cəlb etməzdən əvvəl ABŞ şərqə dönməyə və Çinin böyüməsinin qarşısını almağa hazır idi. Tramp bunu lüzumsuz və Amerika resurslarının istismarı hesab edir. O, Çinlə mübarizə aparmaq istəyirdi. Ancaq, Çin həddən artıq güclənib və dünya iqtisadiyyatının elə bir ayrılmaz hissəsidir ki, ona qarşı addımlar atmaq ABŞ-ın iqtisadi maraqları üçün çox təhlükəlidir. Qiymətlər artacaq, defisit yaranacaq və Qərb hökumətləri iqtisadi böhran nəticəsində çökəcək. ABŞ-ın ümid edə biləcəyi tək şey Çinin inkişafının məhdudlaşdırılması və Trampın tariflər vasitəsilə əldə etməyə çalışdığı daha bərabərhüquqlu münasibətlərdir. Lakin ABŞ indi Çini dayandırmaq üçün dünya müharibəsi aparmalıdır, amma bunun hamı üçün fəlakətlə bitəcəyi üçün belə bir ehtimal azdır.

Patrik Uolş

Rusiya prezidenti Vladimir Putin Çində keçirilən sammit çərçivəsində təşkil olunan brifinqdə Ukrayna münaqişəsi ilə bağlı yeni açıqlamalar verib. O, Ukrayna prezidenti Volodimir Zelenskini Moskvaya dəvət etdiyini bəyan edib. Putin bildirib ki, əgər Zelenski görüşə həqiqətən hazırdırsa, belə bir görüş Rusiyanın paytaxtında baş tuta bilər. Ukrayna müharibəsinin başa çatması barədə də danışıb. “Tunelin sonunda işıq görünür” deyib və ardınca da bildirib ki, Rusiya hərbi gücə üstünlük verir.  Putinin bu bəyanatını necə şərh edərdiniz?

– Ukraynaya gəlincə, nizamlanmaya nail olmaq çox çətin olacaq. Məsələ nəzarətdən çıxıb və Zelenski üçün radikal millətçilərdən gələ biləcək böyük təhlükə ilə üzləşmədən Rusiyanın şərtlərini qəbul etmək çox çətin olacaq. Lakin Kiyev döyüşərək daha çox ərazi, qan və maddi vəsait itirməklə üz-üzədir, çünki ruslar öz şərtlərinə əməl olunana qədər müharibəni davam etdirməkdə qərarlıdırlar. Onlar hətta Odessanı da ala bilərlər, bunu etsələr Ukrayna dənizə çıxışı olmayan dövlətə çevrilər. Hansı qərarın verilməsindən asılı olmayaraq perspektiv yaxşı deyil. Kiyevin indiki vəziyyəti 1994-cü ildə Azərbaycanın üzləşdiyi vəziyyətdən daha pisdir. Dondurulmuş münaqişə daha yaxşıdır, lakin gələcəkdə Rusiyadan ərazilərin geri alınması, Kremlin böyüklüyünü, gücünü və nüvə silahını nəzərə alsaq, Ermənistanla müqayisədə daha çətin perspektivdir.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri