Icma.az
close
up
RU
Rusiya Azərbaycana müttəfiqlik xatırlatması etmədən öncə bəyannamədəki öhdəliklərini xatırlamalıdır

Rusiya Azərbaycana müttəfiqlik xatırlatması etmədən öncə bəyannamədəki öhdəliklərini xatırlamalıdır

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Azərbaycan Rusiya Federasiyası ilə müttəfiqliyin vacibliyini anlayır, Moskva gələcək addımlarında Bakının bunu rəhbər tutacağını gözləyir”. Bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Rus Evinin bağlanması və Sputnik Azərbaycan-ın ləğvi fonunda ölkələrin münasibətləri ilə bağlı sualı cavablandırarkən deyib. “Əminəm ki, rəsmi Bakı Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrinin əhəmiyyətini anlayır. Ümid etmək istərdim ki, Azərbaycan tərəfdaşları öz gələcək addımlarında bütün münasibətlər kompleksi ilə bağlı liderlərimizin razılaşmalarının yerinə yetirilməsinin müstəsna əhəmiyyətini dərk edəcəklər”-deyə Qaluzin bildirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin dediyi sözlər məntiq etibarilə doğrudur, amma bu məntiq hər iki tərəfə aid olan zaman həm doğru, həm də dolğun olur.

“Əlbəttə ki, Azərbaycan Rusiya ilə müttəfiqlik ənənələrinə həmişə sadiq olmağa hazırdır. Amma bu müttəfiqlik o vaxt həqiqi müttəfiqliyə çevrilir ki, hər iki tərəf müttəfiqlik və birgə fəaliyyət haqqında imzalanmış bəyannamənin prinsiplərinə sadiq qalsınlar. İmzalanmış bəyannamədə qeyd olunur ki, tərəflər bir-birinin suveren hüququna və daxili işlərinə qarışmırlar. Belə olan halda, artıq “Rus evi” və “Sputnik” məsələsi ortaya çıxır. Azərbaycan bu məsələləri öz maraqları kontekstində daxili işi kimi görür. Rusiya da gərək bunu bu şəkildə görsün. Əks təqdirdə, əlbəttə ki, müəyyən fikir ayrılıqları yarana bilər”-deyə deputat vurğulayıb.

Deputatın fikrincə, bütün müttəfiqliklər o vaxt həqiqi müttəfiqliyə çevrilir ki, buradakı müttəfiqlik münasibətləri və müttəfiqlik anlayışı qarşılıqlı şəkildə hər iki tərəfə şamil edilsin.

“Əgər biz bu məntiqdən çıxış etsək, görəcəyik ki, Azərbaycan təyyarəsinin Rusiya ərazisində hava hücumundan müdafiə qurğuları ilə vurulması artıq müttəfiqlik deyil. Azərbaycan bu müttəfiqliyin əhəmiyyətini dərk etdiyi kimi, Rusiya da bu müttəfiqliyin əhəmiyyətini dərk etməlidir. Yalnız bu halda biz həqiqi müttəfiqlikdən danışa bilərik. Əks təqdirdə, müttəfiqliyi bir tərəf özünün imperativ hüququ və səlahiyyəti kimi görürsə, başqası üzərində, əks tərəf üzərində özünün hegemoniyası kimi görürsə, əlbəttə ki, belə müttəfiqlik olmayacaq”-deyə Hikmət Babaoğlu vurğulayıb.

Deputat qeyd edib ki, hazırkı tarixi mərhələdə Rusiya və Azərbaycan siyasi təfəkkürü dərk etməlidir ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcəyi bərabərhüquqlu və qarşılıqlı hörmətə söykənən münasibətlər olmalıdır, yəni ənənəvi birtərəfli qaydada diktəetmə siyasəti bundan sonra mümkün deyil.

“Biz yeni tarix reallıqlarda yaşayırıq. Biz doğrudan da Rusiyanı çox yüksək qiymətləndiririk. Rusiya bizim qonşumuzdur və onunla tarixi əlaqələrimiz var. Bu gün Rusiya-Azərbaycan münasibətlərinin çox böyük perspektivləri var. Ancaq bütün bunların realizə olunması üçün də Rusiya Azərbaycana baxışlarında imperialist eynəyini çıxartmalı və bərabərhüquqlu tərəfdaş kimi baxmalıdır”-deyə Hikmət Babaoğlu vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri