Icma.az
close
up
RU
Rusiya Azərbaycana qarşı köhnə taktikanı işə salır ŞOK DETALLAR

Rusiya Azərbaycana qarşı köhnə taktikanı işə salır ŞOK DETALLAR

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml erməni revanşizmini yenidən alovlandırmaqla növbəti hərbi qarşıdurmaya zəmin hazırlayır, yoxsa...

Son vaxtlar Rusiyada erməni revanşizminin alovlandırılması tendensiyası müşahidə olunur. “İzvestiya” qəzetinin Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyanla müsahibəsində səsləndirdiyi fikirlər buna sübutdur. Müsahibədə Rusiyanın 90-cı illərdə ermənilərə hərbi dəstəyi vurğulanır, “İzvestiya” əməkdaşının bir neçə dəfə Qarabağı “artsax” adlandırması, sabiq nazirin faktiki olaraq Azərbaycana yenə qarşı dirəniş göstərməyəcəyi təqdirdə Rusiyanın dəstəyini ala bilməyəcəyini etiraf etməsi təsadüfi deyil. Ölkə.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, son çıxışlarında eyni tezisləri Rusiyanın “1 nömrəli agenti” olan keçmiş prezident Robert Köçəryanın da səsləndirməsi diqqət çəkib. 

Ümumiyyətlə, tarixən Azərbaycana qarşı erməni iddialarının arxasında həmişə Rusiya dayanıb. Ermənilərin bu ərazilərə köçürülməsi, Rusiyanın faktiki olaraq özünün proksisi kimi Ermənistanı yaratması, 20-ci əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı, 50-ci illərdə deportasiya, 80-ci illərin sonunda ərazi iddiaları və ərazilərin işğalının ssenariləri məhz Moskvada yazılıb. Təəssüf ki, bu gün Rusiya yenə köhnə metodlardan istifadə etməklə Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir.

Ermənistanın siyasi spektrində rusiyayönümlü revanşistlərin fəallaşması fonunda Moskvanın rəsmi addımları bu prosesi açıq şəkildə stimullaşdırır. Xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı səsləndirdiyi bəzi fikirlər bu istiqamətdə əhəmiyyətli siqnallardır. Lavrovun Azərbaycanın işğal olunmuş ərazilərinin məhz Rusiya silahları sayəsində tutulduğunu etiraf etməsi, uzun illər gizlədilən reallığın nəhayət Kremlin öz dilindən təsdiqi kimi qiymətləndirilə bilər. Bu bəyanat, Rusiya Federasiyasının postsovet məkanındakı münaqişələrə necə bir mövqedən yanaşdığını göstərən açıq etirafdır: Moskva, sülhə deyil, nəzarətə və asılılığa üstünlük verir.

Ümumiyyətlə, Ukrayna cəbhəsində uğursuzluğa düçar olan Kreml, öz təsir dairəsini Cənubi Qafqazda möhkəmləndirmək üçün Ermənistandakı revanşist dairələri fəallaşdırmağa başlayıb. Bu strategiyanın açıq məqsədi - Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq, regionda yeni gərginlik yaratmaq və hərbi qarşıdurmanı yenidən gündəmə gətirməkdir. Ermənistan cəmiyyətində militarist ritorikanın artması, Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin yenidən səhnəyə çıxarılması bu planın tərkib hissələridir.

Ekspertlərin fikrincə, Moskva yenə köhnə üsullardan istifadə etsə də, reallıqda Qarabağda nəyisə dəyişə bilməz. Artıq Paşinyan da status mövzusunu bağlayıb. Hazırda seçkilərə görə oyun gedir. Lakin Moskvanın İrəvanda böyük siyasi dəyişikliklərə hazırlaşması güman edilmir. Çünki Köçəryan və Sərkisyanın parlament seçkilərində qalib gəlməsi mümkün deyil. Üçüncü qüvvənin isə meydana buraxılmasına risk edilmir. Növbəti qərbpərəstin artaya çıxmasından ehtiyat edilir.

Siyasi icmalçı Aqşin Kərimov isə hesab edir ki, Lavrovun səfəri ərəfəsində Köçəryan Rusiya, İran və Türkiyə ilə əlaqələri inkişaf etdirmək xətlərini önə çəkdi: “Bu, Lavrovun mayın 21-də İrəvanda verdiyi bəyanatlarla oxşardır. Lavrovun "Cənubi Qafqazda problemləri region ölkələri və yaxın qonşular həll etməlidir" deməsi Köçəryanın müsahibə üçün səsləndirdiyi tezisin Kreml tərəfindən hazırlandığını göstərir. Lavrov Paşinyan administrasiyasına onu çatdırır ki, Ermənistanın mövqeyi Azərbaycan, Rusiya və Türkiyə ilə əməkdaşlıq perspektivinə əsaslanmalıdır. Bakı ilə Moskva Paşinyanın əvəzlənməsi prosesində fərqli mövqedədirlər. Azərbaycan üçün Paşinyanın hakimiyyətdə qalması məqbul, Rusiya üçün isə sadəcə olaraq, müəyyən manevr imkanı deməkdir. Bu baxımdan Azərbaycan Paşinyan hakimiyyətinə öz strategiyasının reallaşması perspektivindən yanaşaraq uzunmüddətli yanaşma ortaya qoyur. Ermənistanda rusiyayönümlü siyasi qüvvələrin Paşinyana qarşı müqavimət gücü zəifdir. Hərçənd yenidən təşkilatlanma Moskvanın nəzərindən qaçmır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri