Rusiya Azərbaycana qarşı Frunze ssenarisi hazırlayır ŞOK İDDİA
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Rusiyada belə bir mövqe mövcuddur ki, yüz il əvvəl baş vermiş hadisələrin Qafqaz regionunda yenidən təkrarlanması istisna deyil.
Azərbaycan və Ermənistan üçün “Yoldaş Frunze” ssenarisi təkrarlana bilər.
Bakupost.az RusArm.info-ya istinadən xəbər verir ki, bunu rusiyalı siyasi analitik Andrey Nikulin “Nver Mnatsakanyanla bir gün” proqramında qeyd edib.
O bildirib ki, Rusiyanın regiona qayıdaraq respublikaları özünə tabe etməsi variantı tamamilə mümkündür. Onun iddiasına görə, ermənilər üçün İrandakı hadisələr vacibdir, Azərbaycan isə Rusiya ilə qarşıdurmanın növbəti mərhələsinin uzaqda olmadığını anlayır.
Verilişdə Andrey Nikulin vurğulayıb ki, Rusiya və Azərbaycan rəhbərlikləri arasında barışıq əldə olunmayıb, tərəflər məcburən qarşıdurmanı gələcəyə “təxirə salıblar”.
Qeyd edək ki, rusiyalı şərhçi "Yoldaş Frunze" ssenarisi deyərkən, Cənubi Qafqazın hərbi yolla Rusiyanın nəzarətinə qaytarılmasını nəzərdə tutur.
Cavid, BakuPost
Baxış sayı:94
Bu xəbər 29 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















