Icma.az
close
up
RU
Rusiya Azərbaycanla arasındakı gərginliyi əvvəlcə ritorik cavablarla artırdı, indi iqtisadi maraqları hədəf alıb

Rusiya Azərbaycanla arasındakı gərginliyi əvvəlcə ritorik cavablarla artırdı, indi iqtisadi maraqları hədəf alıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“25 dekabr 2024-cü il tarixində Rusiyanın Azərbaycanın sivil təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşməyə başladı. Halbuki bundan cəmi 4 ay öncə Putin Bakıda idi və iki ölkə arasında kolossal ölçülü layihələr müzakirə olunur, hətta AZAL-ın Rusiya daxilində hava daşımacılığına başlamasından bəhs olunurdu. Lakin "siyasi qəza"ya çevrilən təyyarə qəzasından ötən dövrdə Rusiya səhvini etiraf edib məsuliyyət üstlənmək yerinə velikorus şovinizmi ilə ikitərəfli münasibətləri gərginləşdirən addımlar atdı”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Rusiya siyasət qərarvericilərinin (deputatlarının), bir sıra dövlət rəsmilərinin, o cümlədən mediasının ölkəmizə qarşı çoxsaylı qərəzli mövqeləri, Azərbaycana qarşı kiberhücumların təşkili, Yekaterinburqdakı hadisələr fonunda diaspora nümayəndələrimizə və azərbaycanlı miqrantlara qarşı Rusiya güc strukturları tərəfindən törədilən zorakılıq, Ukraynadakı enerji infrastrukturumuza və iqtisadi maraqlarımıza hərbi hücumlar qeyd oluna bilər: “Hətta Günəşli yatağındakı 2 həftə öncəki yanğın da bu hadisələr fonunda “təsadüfi” görünmür. Vaşinqtondakı sülh bəyanatına əsasən Zəngəzur dəhlizinin açılmasına etiraz edən İrandan ölkəmizə qarşı hərbi təhdidləri də Şimal qonşumuz təşviq etmiş ola bilər. Rusiyanın özündə də bir sıra media kanallarında Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” çağırışı edənlər, hərbi və iqtisadi təzyiq göstərilməsini təklif edənlər, azərbaycanlıların kütləvi deportasiyasına çağıranlar vardır. Kolesnik və Quruylev bu baxımdan ilk deyillər. Daha öncə ölkəmizə qarşı bu cür nifrət nitqini genişləndirən Nikolay Valuyev, Yevgeniy Popov, Andrey Pinçuk, Zatulin, Vitali Milonov kimi deputatların adlarını qeyd etmək olar. Onların sərsəm fikirləri bizim deputatlar tərəfindən layiqincə cavablandırılır. Lakin gərginlik əvvəlcə ritorik cavab tədbirləri ilə artırdısa, artıq iqtisadi maraqlarımız hədəf alınmağa başlayıb”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə qeyd edib ki, bütün bunlar 22 fevral 2022-ci il tarixində Rusiya və Azərbaycan arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhuna zidd olmaqla yanaşı, iki ölkə arasında münasibətlərin gələcəyini təhdid edir: “İki ölkə arasında münasibətlərin bərpası, o cümlədən regional təhlükəsizlik, sülh və sabitliyin qorunması, risklərin daha geniş fürsətlərə çevrilməsi baxımından hadisələrin düzgün təhlilinin aparılması vacibdir”.

Politoloq bildirib ki, gərginliyin de-eskalasiyası (azaldılması) üçün Rusiya rəsmilərinin daha öncəki açıqlamalarına diqqət çəkmək olar: “Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin iki ölkə arasında münasibətlərin gərginləşməsində üçüncü tərəfləri, o cümlədən Qərbi günahlandırıb, XİN sözçüsü Mariya Zaxarova “Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcədə vacibdir” deyə açıqlamasında bildirib, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə açıqlamasında Rusiyanın Azərbaycanı heç vaxt təhdid etmədiyini bəyan edib. Yəni Rusiya ilə Azərbaycan arasında hərbi qarşıdurma gözlənilmir.

Azərbaycan Vətən müharibəsindəki qələbədən sonra apardığı regional siyasəti ilə Rusiyanın Cənubi Qafqazdakı mövqeyini zəiflədir. Bu, faktdır. Bu siyasətin real hərbi qarşıdurmaya çevrilməməsi üçün balansı addımların atılması zəruridir. Hazırki prosesləri müəyyən mənada həm 1994-1997-ci illərdə Rusiya ilə Azərbaycan arasında yaşananlara, həm də Gürcüstanla Rusiya müharibəsi fonunda ölkəmizin yaşadıqlarına bənzətmək olar. 2008-ci ildə də neft yatağımız “yanmış”, neft-qaz kəmərlərimizə hücum edilmişdi. 1997-ci ildə isə Azərbaycan neft konsorsiumunda Rusiyaya pay verməklə vəziyyəti sabitləmişdi. Beləliklə, Azərbaycan regionu Rusiya təsirindən gedərək azad edir. Bu, 90-cı illərdə ənənəvi enerji layihələri ilə, hazırda alternativ enerji və qlobal nəqliyyat-infrastruktur layihələri ilə həyata keçirilir. Təbii ki, bu ağrılı bir proses olsa da, milli maraqlarımızın irəli aparılması ilə nəticələnəcəkdir. Lakin bu nəticə həm də strateji məqamlarda qarşılıqlı razılaşmalardan, mövqelərin uzlaşdırılmasından asılı olacaq”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri