Icma.az
close
up
RU
Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri uzunmüddət davam etdirə bilməz ŞƏRH

Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri uzunmüddət davam etdirə bilməz ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada baş verən hadisələr şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səaləndirdiyi  statistikanın əsasında da bu həqiqətlər dayanır. Azərbaycan hələ də mülki təyyarəsinin virulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür  qəbul oluna bilməz. Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. Ötənlərdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da bu ölkədə Azırbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması. Milli Məclisin komissiyasının müvafiq hesabatına qayıtmaq və istifadə etmək. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir. Mübaliğsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər. Bu gün Ermənistanda radikalizm, revançizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Moskvadan  idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharinə arenasına çevirməkdir.


İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Ekspert bildirib ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz: 


"Bu gün Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir. Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin maliyyə yükü, yəni ailələrə verilən müavinət və təşviqlər 10 000-22 500 ABŞ dolları arasında dəyişir. Əgər miqrantlara münasibət dəyişməzsə, bu cür davam edərsə, Rusiya bugünkü doğum stimullarını sabah itirilmiş nəsillərin xərci ilə ödəməli olacaq. Amma miqrantların yoxluğu şəraitində uşaq başına 100 min dollar vəd edilsə belə effect olmayacaq. O ki qaldı, bizə, Azərbaycan bu prosesi yalnız müşahidə etməklə kifayətlənməməlidir. Əksinə, Rusiyadan qayıdan vətəndaşlarımızın burada iş qurması, sahibkarlıqla məşğul olması üçün imkanlar genişləndirilməlidir. Mən ötən ayın sonunda “İqtisadi hekayə” rubrikasında yazdığım ilk hekayə məhz Rusiyada iş quran, amma həmin biznesini ölkəmizə daşımaq istəyən azərbaycanlı iş adamlarının obrazına həsr etmişdim. Hələ onda bu hadisənin olacaöını bilmirdim. Amma bu sahədə ölkə üçüm imkanları görürmək olurdu. Onların ölkəmizə qayıdışı "dar pəncərə"dən baxanda problem kimi görünsə də, geniş "qapı"dan çıxıb diqqətlə baxanda isə ortada fürsətlərin olduğu aydın olur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyun 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri