Rusiya Azov dənizində təhlükəsizliklə bağlı Ukrayna ilə müqaviləni ləğv edib
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Ukrayna ilə Azov dənizi və Kerç boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər haqqında sazişdən çıxıb. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustinin imzaladığı sərəncam bir gün əvvəl rəsmi hüquqi informasiya portalında yer alıb.
“Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” 37-ci Federal Qanunun 1-ci bəndinə uyğun olaraq Rusiya Federasiyası Rusiya Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Azov dənizində və Kerç boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında 20 mart 2012-ci ildə Moskvada imzalanmış sazişə xitam verir”, - sənəddə deyilir.
Hakimiyyət həmçinin Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Ukrayna tərəfini xəbərdar etməyi tapşırıb.
Söhbət 2012-ci ildə Rusiya və Ukraynanın imzaladığı sazişdən gedir. Tərəflər həmçinin regionda daşımalara nəzarət etmək üçün avtomatik identifikasiya sistemlərindən məlumat mübadiləsini təmin etmək barədə razılığa gəlnişdilər.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















