Rusiya bataqlıqda batıb çabalayır, Trampın qərarı isə öldürücü zərbə olacaq Politoloqdan PROQNOZ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp neftin qiymətini bir barel üçün 50 dollara qədər endirmək niyyətindədir.
Donald Trampın neftin qiymətini endirməkdə əsas məqsədi nədir?
Politoloq Elşad Həsənov Redaktor.az-a danışarkən bildirdi ki, ABŞ-nin Venesuelaya müdaxilədə əsas məqsəd Venesuelanın neftinə sahib olmaqdır. Onun sözlərinə görə, Venesuela dünyada ən çox neft ehtiyatı olan ölkədir:
"Ancaq təəssüf ki, bu neft ölkəsi əhalisinin böyük əksəriyyəti çox çətin şəraitdə yaşayır. Buna görə də ABŞ Prezidenti Donald Tramp bildirdi ki, biz Venesuela neftinə nəzarət edəcəyik, onu özümüz satacağıq, onların ABŞ-yə olan neft borclarını götürəcəyik və qalan pulları da Venesuela xalqına verəcəyik ki, onların sosial vəziyyəti yaxşılaşsın.
Hesab edirəm ki, əsas məqsəd də neftin qiymətinin aşağı salınması yönündədir. Çünki Rusiya – Ukrayna müharibəsi artıq dörd ildir gedir və Tramp son bir ildə apardığı siyasət nəticəsində də müharibəni dayandıra bilmədi. Baxmayaraq ki, Tramp hakimiyyətə gəlməmişdən əvvəl deyirdi ki, mən Rusiya – Ukrayna müharibəsini qısa müddətdə dayandıracağam, ancaq təəssüf ki, buna nail olmaq mümkün olmadı, çünki Rusiya Prezidenti Vladimir Putin Ukraynada öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəklərini bildirir".
Müsahibimizin sözlərinə görə, ancaq indi vəziyyət dəyişir:
"Çünki Rusiya iqtisadiyyatı müharibədə son dərəcə çətin vəziyyətdədir, iqtisadiyyat çökmək üzrədir. Gecə-gündüz təkcə hərbi sənaye işləyir, digər sahələr bütövlükdə, demək olar ki, iflic vəziyyətdədir. Hazırda Rusiyanın gəliri xərcini ödəmir. Yəni Rusiya geriləyir, necə deyərlər, bataqlıqda batıb çabalayır. Buna öldürücü zərbə də neft qiymətinin aşağı salınmasıdır. Çünki sanksiyalara görə Avropa ölkələri onlardan yanacaq, neft və qaz almırlar, alınanlar da çox az həcmdədir. Rusiyanın ən böyük qaz və neft ixrac etdiyi ölkələr Çin və Hindistandır. Venesuela neftini ələ keçirən Tramp həmin istehsalı artıraraq neftin qiymətini 50 dollar yox, ondan da aşağı salmaq fikrindədir. Bu, təbii ki, neft ixrac edən ölkələrə ziyandır, o cümlədən bizə də ziyandır. Ancaq Rusiya – Ukrayna müharibəsini dayandırmaq üçün bunu Tramp etməlidir".
Elşad Həsənovun fikrincə, Trampın əsas məqsədi Rusiya – Ukrayna müharibəsini dayandırmaqdır:
"Diplomatik yollarla, müxtəlif danışıqlar yolu ilə buna nail ola bilmədi, indi isə iqtisadi sahədə Rusiyaya təsir edir ki, Rusiya özü müharibəni dayandırmağa məcbur olsun. Hesab edirəm ki, artıq ABŞ senatorları, konqresmenləri Rusiyaya qarşı yeni öldürücü sanksiya hazırlayır. Bunu əvvəllər Tramp yaxın qoymurdu, indi isə onun qəbul olunmasına razılıq verib və üzümüzə gələn həftə onun qəbul olunması gözlənilir. O qəbul olunandan sonra hesab edirəm ki, Rusiyanın pis vəziyyətdə olan iqtisadiyyatı daha da çökəcək və yaxın gələcəkdə Rusiya müharibəni dayandırmağa məcbur olacaq".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 09 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















