Icma.az
close
up
RU
Rusiya bazarından çıxsaq, Azərbaycan iqtisadiyyatı qazanmayacaq RƏYLƏR

Rusiya bazarından çıxsaq, Azərbaycan iqtisadiyyatı qazanmayacaq RƏYLƏR

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ekspertlər TDT-nin Rusiya bazarını əvəz edəcəyini qeyri-real olaraq qiymətləndiriblər

Hər bir ölkə üçün məhsullarını sata biləcəyi sabit bazarlar çox önəmlidir. Azərbaycan da uzun illərdir ki, öz məhsullarını əsasən yaxın ölkələrə, xüsusilə Rusiyaya ixrac edir. Bu bazar əlverişli olduğu üçün sahibkarlar üçün rahatdır. Rusiya ilə münasibətlərin zəifləməsi yalnız iqtisadi deyil, sosial sahələrə də mənfi təsir göstərə bilər. Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvüdür və bu qurum çərçivəsində iqtisadi əməkdaşlığın artırılması üçün imkanlar var. 


İqtisadi ekspert Ruslan Atakişiyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Rusiya bazarına ixrac etdiyimiz məhsulların əksəriyyəti Orta Asiya ölkələrinin bu bazara ixrac etdiyi məhsullarla eynilik təşkil edir. Rusiya bazarından çıxmağımız Azərbaycan iqtisadiyyatı üçün heç də müsbət nəticə olmaz. Çünki həmin məhsulları Orta Asiyaya yönəltmək çətin olar. Bu baxımdan bizim məhsullarımıza gələcəkdə yalnız körfəz ölkələrində, Avropada maraq göstərilə bilər. Amma bu da həmin sahibkarların həmin bazarlara daxil olması üçün böyük əmək və zəhmət deməkdir. Bizim ixracımızın ilk üçlüyündən birində Rusiya dayanır".


İqtisadi ekspert Xalid Kərimli isə Azərbaycanın Rusiya bazarından çıxarsa kənd təsərrüfatımızın məhv olacağını söyləyib:

"Azərbaycan Rusiya bazarından çıxarsa, TDT ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün əlverişli imkan yaranmayacaq. Azərbaycan Rusiya bazarından çıxsa kənd təsərrüfatı məhv olacaq. Rusiyayla münasibətlər, idxal-ixrac əməliyyatları pisləşsə, bir çox tikinti, mebel sənayesi, istehsal avadanlıqları hamısı, biznes sahələri sıradan çıxacaq. 

Azərbaycan Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır. Bizim orada 2 milyondan çox vətəndaşımız yaşayır. Rusiyadan gələn pullar ənənəvi olaraq Azərbaycana gələn pulların 60-65%-ni təşkil edir". 

Ekspertlər TDT-nin Rusiya bazarını əvəz edəcəyini qeyri-real olaraq qiymətləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri