Icma.az
close
up
RU
Azərbaycan təyyarəsi illər sonra İrəvana endi RƏYLƏR

Azərbaycan təyyarəsi illər sonra İrəvana endi RƏYLƏR

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Fərhad Məmmədov: “Artıq sülh prosesində vasitəçilər yox, tərəflər özləri məsuliyyət daşıyırlar”


Rusif Hüseynov: “Bu səfər ilk dəfə olaraq ikitərəfli razılaşdırılmış çərçivədə həyata keçirilib”


Ramil İskəndərli: “Vətəndaş cəmiyyətinin sülhə töhfəsi başlanıb, mexanizmlər artıq formalaşır”



21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə İrəvanda ikitərəfli formatda dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan tərəfini vətəndaş cəmiyyətinin nümayəndələri - Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistan tərəfini isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. 


Görüş iştirakçısı Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistanın rəsmi qurumları görüşün keçirilməsi üçün ikitərəfli formatda şərait yaradıblar. Onun sözlərinə görə, ilk dəfə uzun illər sonra, Azərbaycan təyyarəsi Zvartnots aeroportuna eniş edib: 

"Bu detal yaxın vaxtlarda ikitərəfli münasibətlərdə norma ola bilər. Sirr deyil ki, Azərbaycan və Ermənistanın ekspertləri müntəzəm olaraq müxtəlif layihələr və beynəlxalq tədbirlər çərçivəsində görüşürlər. Lakin bu dəfə ikitərəfli format üstünlük təşkil edib. Azərbaycan təyyarəsinin İrəvana uçuşundan tutmuş, proqramın formalaşdırılması, mətbuata açıqlamanın mətni və digər məsələlər ikitərəfli formatda razılaşdırılıb. Bu, sülh gündəliyi üçün çox vacibdir, çünki özbaşına təşkil olunan görüşlər əlavə məsuliyyət yaradır və sülh prosesinə təkan vermir. Avqustun 8-də Vaşinqtonda imzalanan birgə Bəyanat Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması üçün çərçivə yaratdı. Tərəflər münasibətlərin səviyyəsinin artırılması üçün tədbirlər görürlər. Bu, asan yol deyil, çünki xarici faktorlar, vasitəçilər yoxdur, bütün işlər ikitərəfli formatda gedir".


F.Məmmədov vurğulayıb ki, hökumətlər vətəndaş cəmiyyəti nümayəndələrinin sülh prosesinə cəlb olunması üçün kifayət qədər şərait yaradıb:

 "Uzunmüddətli sülh və sabitliyə yönəlmiş məqsəd var. İrəvandakı görüş yüksək səviyyədə təşkil edilmiş, təhlükəsizlik təmin olunmuşdu. Çox geniş spektrdə mövzular müzakirə olundu. Regional geopolitikadan tutmuş, cəmiyyətlərimizi narahat edən mövzulardan bəhs edilib. Qrupun məqsədləri və mümkün birgə fəaliyyət müzakirə olunub. İrəvanda gəzinti də maraqlı idi. Hər gün informasiya mənbələrində gördüyün yerləri, öyrəndiyin şeyləri yerində görmək başqa bir təcrübədir. Gəzinti zamanı hətta təsadüfən efirlərdən tanıdığım jurnalistlə qarşılaşdım. Düzdür, bəzi erməni resurslarında təhqirlər, narazılıqlar da oldu. Bu, indiki dövr üçün normaldır. Hələ çox iş görülməlidir ki, cəmiyyətlər hökumətlərin sülh gündəliyinə öyrəşsinlər. Rəsmi səviyyədə prosesin irəliləməsi üçün qərarlar qəbul edilir. Əgər vəziyyətin sabitləşdirilməsi və davamlı sülhün qurulması üçün şərait varsa, bundan faydalanmaq lazımdır". 


Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli də "Şərq"ə bildirib ki, görüş müsbət xarakter daşıyıb və tərəflər hər iki ölkənin cəmiyyətlərindəki aktual problemləri müzakirə ediblər:

 "Münasibətlərin inkişafı üçün mexanizmlər, gələcək konkret tədbirlər və görüşlərin davam etdirilməsi perspektivləri müəyyənləşdirilib. Bildiyimiz kimi, Vaşinqtonda keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə razılıq əldə olunub və bu ümumi prosesin bir hissəsi kimi vətəndaş cəmiyyəti də öz töhfəsini verməyə çalışır. Əminik ki, sülh danışıqları və münasibətlərin normallaşması fonunda vətəndaş cəmiyyəti də bu prosesi davam etdirəcək. Həmçinin, qarşılıqlı münasibətlərin inkişafı üçün konkret mexanizmləri həyata keçirəcək. Görüş zamanı iqtisadi, sosial və humanitar xarakterli məsələlər müzakirə olunub, əməkdaşlığın davam etdirilməsinin zərurəti vurğulanıb. Xüsusi diqqət gələcəkdə münasibətlərin planlaşdırılması və həyata keçirilməsi mexanizmlərinə dair təkliflərin hazırlanmasına yönəlib".


Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov da deyib ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət heyətin Ermənistana səfəri, əslində, tarixi bir mərhələ kimi qiymətləndirilə bilər:

 "İndiyədək hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimləri, jurnalistlər, idmançılar, eləcə də bəzi hallarda deputatların müxtəlif qarşılıqlı səfərləri baş tutsa da, bu dəfə reallaşan səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs və razılaşdırılmış çərçivə əsasında həyata keçirilib. Bu baxımdan səfəri yüksək qiymətləndiririk. Səfərin əsas məqsədi 8 avqustda Vaşinqtonda baş tutan tarixi görüş və orada imzalanmış Birgə Bəyanamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək, həmçinin bu prosesdə fəal iştirak etmək olub. Qrupumuz, ümumilikdə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup adlandırılsa da, tərkibdə beyin mərkəzlərinin, media orqanlarının və müxtəlif qeyri-hökumət təşkilatlarının təmsilçiləri yer alıb. Bu da bizə qarşı tərəfdəki həmsöhbətlərimizlə hər iki cəmiyyəti maraqlandıran mühüm mövzuları qaldırmaq və konstruktiv müzakirələr aparmaq imkanı yaratdı. Çalışdıq ki, konflikt və mübahisə doğura biləcək məsələlərdən uzaq duraraq daha çox ortaq məqamlara diqqət yönəldək. Təbii ki, bu proses hər iki xalq üçün həssas və emosional məna daşıyır". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri