Rusiya bir həftə ərzində Ukraynaya 700ə yaxın hava bombası atıb Zelenski
Icma.az bildirir, Publika.az portalına istinadən.
Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat verib.
Prezident bildirib ki, Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.
“Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”,- dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ da daxil olmaqla tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və onların raketlərin istehsalı üçün lisenziyaların verilməsinin mümkünlüyü barədə danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















