Icma.az
close
up
RU
Rusiya bizdən nə istəyir?

Rusiya bizdən nə istəyir?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu yazıma ad qoymaq üçün bir xeyli fikirləşdim. Amma sözün düzü, qısa və lakonik ifadə tapmaqda haqlı olaraq çətinlik çəkdim. Odur ki, ilk sətirlərdə cavab axtarmağa çalışdığım suala elə halallıq verib, onu həm də yazının adı kimi təqdim etdim. Bəli, həqiqətən Rusiya bizdən nə istəyir?

Sual ilk baxışdan sadə təsir bağışlaya bilər. Amma həqiqətən cavabı tapmaq çox çətindir. Bizdə belə bir misal var: uzaq qohumdan yaxın qonşu yaxşıdır. Amma bizim qonşu sarıdan bəxtimiz gətirməyib. Biz heç nəyi unutmamışıq. Guya asayişi qorumaq adı ilə Bakıya və digər şəhərlərimizə girərək dinc insanları güllə-boran edənləri də, Xocalıda qırğın törədənləri də. Təyyarəmizi vuranları da. İnterval böyük deyil, sadalasaq, yəqin ki, sətirlərə sığmaz. Bütün bunlar 300 ildən artıq zaman kəsiyində baş vermiş xəstə imperialist siyasətin təzahürləridir. Yəni həqiqətən siyahı uzundur. İmperialist yanaşma guya “böyük” olmaq, bu “böyüklükdə” başqalarını əzmək, idarə etmək düşüncəsidir. Ümummilli lider Heydər Əliyevin müdrik kəlamı var: “Biz müstəqilik, biz azadıq, biz heç kimdən asılı deyilik”.

Son 34 ilə boylansaq, ölkəmizin hansı təlatümlərdən keçdiyinin şahidi ola bilərik. Tarixin istənilən mərhələlərində ağır məşəqqətlərə baxmayaraq, biz – Azərbaycan xalqı olaraq öz simamımızı qoruyub saxlaya bildik. Mən Ordubadda doğulub boya-başa çatsam da, gənclik illərimdə Bakının mərkəzində yaşamışam. O zamanlar Bakı elə indiki kimi çoxlu millətlərin yaşadığı şəhər idi. Və tam səmimi deyirəm ki, bəzən kimin hansı millətə mənsub olması heç yadımıza belə düşmürdü. Bakının – Azərbaycanın xəzinəsində olanlardan biri elə tolerantlıqdır. Biz heç kəsə fərq qoymamış, özümüzü kimdənsə üstün saymamışıq, sevincimiz də, kədərimiz də bir olub. Millətlərarası məsələ Azərbaycanda tarixən olmayıb. Biz lazım olanda səhvimizi dərhal etiraf edib, üzr istəməyi bacarmışıq. Üzrxahlıq yüksək alicənablıq nümunəsidir. Bəs son dövrdə baş verənlər nədən xəbər verir? Onu da deyim ki, Rusiyanın media qurumları, yaxud fərdləri Azərbaycana qarşı kampaniyada hər zaman uduzublar, bu gün də uduzmaqda davam edirlər. 

Azərbaycan Hava Yollarına məxsus təyyarə ötən il dekabrın 25-də Rusiya səmasında vuruldu. Əlbəttə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, ola bilsin ki, təyyarə qəsdən vurulmayıb. Amma səkkiz aya yaxın müddətin keçməsinə baxmayaraq, hələ də qonşumuz susur. Əlbəttə, bu susqunluq öncə qeyd etdiyim imperialist düşüncənin nəticəsidir. Deməli, imperialist alicənab ola bilməz. Əslində istənilən müttəfiq öz imzasına hörmətlə yanaşmağı bacarmalı, üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl etməlidir. Digər tərəfdən gəlin etiraf edək ki, Rusiya çoxdan beynəlxalq hüquqa üz çevirib. Bütün ali dəyərləri özünün mənasız, xəstə imperialist-şovinist düşüncəsinə qurban verib. 

Bu ilin iyun ayında həmyerlilərimizin Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalmaları, iki nəfərin öldürülməsi, daha sonra isə müxtəlif şəhərlərdə yaşayan digər soydaşlarımıza qarşı milli diskriminasiyanın həyata keçirilməsini qonşumuz nə ilə izah edə bilər? Axı Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan Çindən Avropaya qədər uzanan coğrafiyada əsas birləşdirici ölkə, Avropanın etibarlı enerji təchizatçısı, dünyanın əksər regionları ilə münasibətlərə malik olan, ən əsası bütöv və suveren dövlətdir. Biz sizdən fərqli olaraq qonşularımıza qarşı daim mülayim və xoş rəftarımızla seçilmişik. İsrailin və Amerika Birləşmiş Ştatlarının İranı bombaladığı günləri yadınıza salın. Yaxın keçmişdir. O zaman Azərbaycan sərhədlərini açaraq İran ərazisində olan bütün əcnəbi vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının təhlükəsiz şəraitdə keçidini təmin etmişdi. Biz Rusiyaya onları tam təhlükəsiz şəraitdə təhvil verdik, Rusiya isə yenə də tabutlar göndərdi. Bu gün Rusiya telekanallarında, müxtəlif platformalarda Azərbaycanın əleyhinə səslənən hədə-qorxular, əsassız iddialar, şovinist əhval-ruhiyyəli ismarışlar 300 ildir davam edən imperialist-şovinist siyasətin davamıdır. Ukraynada aparılan amansız müharibə, dinc sakinlərin qətlə yetirilməsi, əsirlərlə qəddar davranış bütün dünyanın gözü qarşısında baş verir. Yadımdadır, BMT-nin iclası keçiriləndə Rusiya xarici işlər naziri Sergey Lavrov əksər ölkələrin hava məkanlarının bağlı olması səbəbindən iclasa onlayn formatda qatılmışdı. Lavrov çıxış etməyə başladığı zaman isə zalda olan bütün diplomatlar dərhal zalı tərk etmişdilər. Elə o vaxtdan Rusiya təcrid vəziyyətindədir. Heç bir əsas olmadan Ukraynada apardığı dəhşətli müharibəyə, hərbi cinayətlərə görə Rusiya dünyanın həm siyasi, həm də iqtisadi proseslərindən kənardadır. Rusiya təkdir, amma bu, Allahın təkliyi yox, bəşəriyyət üzərində Allahlıq iddiasında olan şeytanın təkliyidir. Əbədi məhvə məhkum olan təklik. İndi rus imperializmi, şovinizmi sözün hər mənasında uduzub, Rusiya-Ukrayna müharibəsi gec, ya tez bitəcək, amma Rusiyanın qonşularına qarşı bədnam imici dəyişilməz qalacaq. Məsuliyyətində Ukraynada öldürdüyü günahsız insanların qanı var. Səmada vurulmuş Azərbaycan təyyarəsinin qəlpə izləri, amansızlığa məruz qalmış, öldürülmüş soydaşlarımız var. Prezident İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycanla danışıq tonu bundan sonra xüsusi seçilməli, veriləcək təkliflər belə dəqiq şəkildə nəzərdə keçirilməlidir. Bəli, hər şey ölçülüb-biçilməlidir. Axı biz indi başqa, güclü Azərbaycanda yaşayırıq. Biz özümüz öz müqəddəratımızı təyin edirik. Biz Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdəyik. Rusiya Azərbaycan, ümumilikdə isə Cənubi Qafqazda əzələ nümayiş etdirməyə çalışsa da, bütün cəhdlər faydasızdır. Qonşumuz unutmamalıdır ki, torpağın üzərinə düşmüş hər qan damlasının belə məsuliyyətini daşımağa məcburdur. Şimal qonşumuz məsuliyyətdən yayınsa belə, tarixin mühakiməsi ədalətli və qaçılmazdır. Cənubi Qafqaza imperialist yanaşmanız iflasa uğrayıb. Region sülh və sabitlik dövrünə qədəm qoyur, bu qədər sadə və lakonik. “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” ifadəsi bu vəziyyətdə özünü qətiyyən doğrultmur. Hətta bu məqamda bir ifadəni də xatırlamaq yerinə düşər: “Yaxın qonşu dar günün dayağı, xoş günün bəzəyi olmalıdır”. Oxuduğum kitablardan yadımda qalıb. Amma şimal qonşumuz nə dar günün dayağı, nə də xoş günün bəzəyi oldu. Hər şey əksinə oldu. 

Və təbii ki, Amerika Birləşmiş Ştatları bizə qohum olan ölkə deyil, bizi yeni qitə ilə minlərlə kilometrlər, saat qurşaqları ayırır. Amma unutmayaqı Amerika Birləşmiş Ştatları qaliblərlə onların layiq olduqları ali səviyyədə danışmağı çox yaxşı bacarır və bu, həqiqi dialoqdur. Həm də unutmayaq ki, ABŞ patriotlar ölkəsidir, o, ölkəsindən kənarda olan patriotlara hörmət və ehtiramla yanaşa bilir.

Səkkiz rəqəminin dərin fəlsəfi mənası var. Dövlət müstəqilliyimizin elan edilməsində, onun bərpasında, Böyük Zəfərimizdə də 8 rəqəmi var. 8 həm də Cənubi Qafqazın yenidən doğuluşunun rəmzidir. 8 başlanğıc və ədəbiyyətdir. Ağ Evdə keçirilən 8 avqust görüşü barədə dünya danışır. Əslində dünya Azərbaycana, Prezident İlham Əliyevin yüksək zəkasına, müdrik diplomatiyasına həsəd aparır. Əslində 8 avqust beynəlxlaq münasibətlər sistemində hər mənada kəşf idi. Dünya xəritəsinə nəzər salaq, Azərbaycan hər hansı kənar müdaxilə olmadan özü Qarabağ problemini həll etdi. O işğal illərində beynimizdə bədnam kultlar var idi ha, az qala Azərbaycan dilinin lüğət tərkibinə daxil ediləcəkdi – ATƏT-in Minks qupu, 907-ci düzəliş – hamısı travma idi. İndi onların heç bir yoxdur. Tarixin zibilliyinə göndərilmiş Leninin kitabları kimi orada çürüyürlər. İndi bütöv Azərbaycan var. İndi sülh və sabitliyin bir addımlığında olan Cənubi Qafqaz var. Odur ki, şimal qonşumuz – Rusiya Federasiyası sadəcə bir anlıq düşünməlidir. Ən azı buna cəhd etməlidir. Şimal küləyi daha iliklərimizə işləyə bilməz. Beyinlərdə, şüurlarda nifrətlə xatırlanan SSRİ-nin üst geyimində xatırlamaq sadəcə xəstə təfəkkürün son çırpınları ola bilər. Amma sağalmaq heç vaxt gec deyil, təki xəstəlik sağalmaz olmasın. 

Turəxanım Qasımova

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri