Icma.az
close
up
RU
Rusiya bizimlə gərginliyi aradan qaldırmağa hazır görünmür

Rusiya bizimlə gərginliyi aradan qaldırmağa hazır görünmür

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Azpost.info müsahibəni təqdim edir:

– Qüdrət bəy, son vaxtlar Prezidentə qarşı yönələn təxribatlar barədə fikirlərinizi öyrənmək istərdik…

– İqtidara yaxın siyasi ekspertlər açıq söyləyirlər ki, bu təxribatlar qonşu ölkə tərəfindən təşkil olunur və bunun cavabı olacaq. Priqojinin Moskvaya yürüşü zamanı yüksək çinli dövlət adamlarının öz ailələrini ölkədən çıxarması barədə də məlumatların yayıla biləcəyi barədə xəbərdarlıq da edilib. Bilirsiniz, ingilislərdə belə bir deyim (idiom ) var – “everyone has skeletons in their closet”, yəni hər kəsin açılmasını istəmədyi bir sirri var. Siyasətlə məşğul olmaq kişilikdən imtina demək deyil. Dalaşanda da barışmağa yer qoymaq lazımdır. Hər zaman etibarlı tərəfdaş olduğunu söyləyən İlham Əliyev Putinin ona xəyanət etməyəcəyinə inandığını söyləmişdi. Çox istərdim ki, Prezidentə yönəlmiş təzyiqlərə və təxribatlara dərhal son qoyulsun. İlham Əliyev Qarabağı işğaldan azad etməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazıb. Gələcək nəsillər bunun əsl qiymətini verəcək. İnanıram, o, xalqımızın qarşısında dayanan digər ağır problemləri də həll etmək gücündədir. Ona qarşı təşkil olunan hibrid savaş xalqımız tərəfindən qınanır və qəbul olunmur. Bu cür təxribatlarla nə Prezidenti, nə Azərbaycanı sarsıtmaq olmaz. Regionda və dünyada böyük geosiyasi dəyişikliklər baş verir. Rusiyadan sonra ikinci qonşumuz İran da müharibə astanasındadır. Xalqımız bu çağırışlara və dəyişikliklərə hazır olmalı, bir yumruq kimi birləşməlidir.

– Bu təxribatlar hansı məqsədlə təşkil oluna bilər?

– Əgər həqiqətən bu təxribatların arxasında Rusiya dayanıbsa, bu, Ermənistanla yaxınlaşmaya,Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına və bizim bunu dəstəkləməmizə, ABŞ ilə strateji tərəfdaşa çevrilməyimizə görə ola bilər. Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və müstəqil xarici siyasəti, o cümlədən, ola bilsin, Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşulmamağımız da onları qıcıqlandıra bilər.

Onu da qeyd edim ki, bunun Rusiya ilə müharibə vəziyyətində olan 3-cü dövlətlərin xüsusi xidmət orqanları tərəfindən təşkil olunma ehtimalı da var. Onlar Rusiya-Azərbaycan münasibətlərini geridönməz səviyyədə korlamaq üçün bunu edə bilərlər.

– Qüdrət bəy, Avropadakı Rusiya və ermənipərəst dairələr Azərbaycana sanksiyalar tətbiq olunmasına nail ola bilərmi?

– Bunun qarşısını alamq üçün çevik siyasət aparmalı, Qərblə aktiv formada işləməliyik. Əleyhimizə qəbul olunan qərarlara görə küsmək və qarşılığında tərəfimizdən güc nümayişi effektli olmaya bilər, yaxşı nəticə verməz. Azərbaycan Qərblə əməkdaşlıq edirsə və bizim ixrac məhsullarını əsasən onlar alırsa, müəyyən məsələlərdə qarşılıqlı güzəştlərə getməyi də bacarmalıyıq. Çünki iqtisadiyyatımız neft gəlirlərindən asılıdır. İranın sanksiyalardan necə əziyyət çəkdiyini və hansı vəziyyətə düşdüyünü görürük.

– Rusiya ilə qarşıdurmada Azərbaycan Qərbdəki tərəfdaşlarına nə qədər güvənə bilər?

– Bizim Türkiyə kimi təbii müttəfiqimiz var. Amma xarici siyasətimizi quranda öz gücümüzü hesablamalı və ona əsaslanmalıyıq. Xristianlar deyirlər ki, “şeytanlar yolunu azmış mələklərdir”. Bu gün mələk kimi gördüyümüz və güvəndiyimiz Qərbdəki bəzi tərəfdaşlarımız bir gündə yollarını azıb şeytana çevrilə bilər.

– Rusiya ilə münasibətlərin bərpasını mümkün sayırsınızmı?

– Rusiya hazırda nə bizimlə, nə Mərkəzi Asiyadakı türk respublikaları ilə münasibətlərdəki gərginliyi aradan qaldırmağa və münasibətləri daha yüksək səviyyəyə qaldırmağa hazır görsənmir. Görünür Ukraynadakı uğursuzluq müəyyən komplekslər yaradıb. Əminəm ki, Ukraynada savaş bitəndən sonra Rusiya münasibətləri bərpa etmək üçün gərəkən addımları atacaq.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Fevral 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri