Icma.az
close
up
RU
Rusiya Azərbaycan gərginliyi aradan qaldırılacaq?

Rusiya Azərbaycan gərginliyi aradan qaldırılacaq?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Keçən il dekabrın 25 - də Bakı - Qroznı istiqamətində uçan Rusiyanın vurduğu Azərbaycana məxsus sərnişin təyyarəsi ilə bağlı məsələ dərinləşir. Sonradan üzə çıxan bəzi faktlar təyyarənin təsadüfən vurulduğuna əsaslı şübhələr yaradır. Həmin gün, yəni dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qaldığı da təsdiqlənib.
Hadisədən bir ay sonra, yanvarın 28-də prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında "Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib. Bu, birinci və sonuncu cinayət deyildi. Əgər ardıcıllıqla getsək, ondan sonrakı cinayət qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, bir qədər öncəki cinayət isə Qarabağ xanı İbrahimxəlil xanın öldürülməsi idi. Halbuki ona öz rəhbərliyini Qarabağda icra edəcəyinə zəmanət verilmişdi. XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımını, 20 Yanvar faciəsini və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalını Azərbaycan xalqı unutmayıb" - deyə qeyd edib.
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Azərbaycanın başına gətirdiklərinin bir qismini sadalamaqla, genetik və milli yaddaşımızın möhkəm olduğunu, düşmənimizi isə yaxşı tanıdığımızı xatırladaraq Rusiyaya sərt mesaj verdi.
Rusiyanın Qroznıda Azərbaycana məxsus sərnişin təyyarəsini artıq məqsədli şəkildə vurduğunu göstərən faktlar artmaqdadır. Azərbaycan tərəfi qəzanın siyasiləşdirilməsində maraqlı olmasa da, artıq hadisə gərgin siyasi-diplomatik xarakter alıb. Rusiya tərəfi son hadisələrlə bağlı məsələnin tam həlli üçün lazımi addım atmır, həm hüquqi və həm də insani baxımdan açıq təqsirini tam etiraf etməkdən çəkinir.
Əksinə, Rusiya mediasında, Federal televiziya kanallarında
Azərbaycana məxsus sərnişin təyyarənin vurulması ilə bağlı və eləcə də Bakıda qanunsuz fəaliyyət göstərən “Rus evi"nin kəşfiyyat və anti Azərbaycan fəaliyyət ilə bağlı haqlı tələblərinə qarşı qeyri-diplomatik, qeyri-etik şəkildə reaksiya verir. Hətta, Rusiya Dövlət Dumasının deputatları Nikolay Valuyev və Andrey Pinçuk faktiki olaraq rəsmi Moskvanın dili ilə Azərbaycanı hədələyib, jarqon ifadələrdən istifadə ediblər. Deputatlar Rusiyada yaşayan azərbaycanlıların çıxarılmasını, onların qeydiyyata alınıb Ukrayna ilə müharibəyə göndərilməsini, Rusiyadakı azərbaycanlı iş adamların sıxışdırılması və onların bizneslərinin və əmlaklarının (“Crocus”, “Sadovod”) müsadirə edilməsini tələb ediblər. Heç şübhəsiz ki, Nikolay Valuyev və Andrey Pinçuk Kremlin tapşırıqlarını yerinə yetirib. Kremlin şantaj və təhdid lərinin isə, Azərbaycan Ukraynaya növbəti humanitar yardımı ilə əhəmiyyətsiz olduğunu göstərdi.
Dünən isə, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq açıqlamasında Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab etdiyini deyib və məsələnin ən yüksək səviyədə müzakirə ediləcəyini bildirib. Bununla Peskov açıqlaması ilə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşəcəyini işarə edib. Mümkün görüşdə nəinki "Rus evi" məsələsi, Rusiyanın Qroznıda vurduğu Azərbaycanın sərnişin təyyarəsi ilə əlaqədar son zamanlar dərinləşən mövcud gərgin Azərbaycan - Rusiya münasibətləri müzakirə ediləcək.
Zənnimcə, artıq bütünlüklə Rusiya - Azərbaycan münasibətləri Rusiya-Ukrayna, Rusiya-Türkiyə və Suriya, Azərbaycan - Ermənistan, Azərbaycan - İran, ABŞ başda olmaqla Qərb - Cənubi Qafqaz və ən asası Azərbaycan - Türkiyə kontekstindən, bucağından tənzimlənməlidir. Rusiya - Azərbaycan münasibətləri də qlobal dünya bölgüsünün elementidir. Hərçənd ki, bütün məsələri qısa zaman daxilində və bir görüşdə həll etmək mümkün deyil. Azərbaycan 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror əməliyyatından, Türkiyənin dünyada qlobal güçə və xüsusən də Suriyada Bəşər Əsəd rejimimini devirəndən sonra Azərbaycan - Türkiyə artıq beynəlxaq siyasi arenada əhəmiyyətli söz sahibidir və Rusiyanın Azərbaycanın tələblərini yerinə yetirməsindən başqa çıxışı yoxdur. Ancaq, Rusiya Azərbaycanla qarşıdurmada üzünü, nüfuzunu qorumaq üçün xahişinin nəzərə alınması mümkündür.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri