Rusiya BMT dən Ukrayna ilə danışıqların pozulması cəhdlərinə dair iclas tələb etdi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Rusiya Federasiyası iyulun 31-də BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Globalinfo.az xəbər verir ki, məqsəd Moskva ilə Kiyev arasında İstanbulda aparılan danışıqları pozmaq cəhdlərinə diqqət çəkməkdir. Bu barədə iyulun 25-də Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.
Polyanski bəyan edib ki, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü artırması münaqişənin diplomatik həllinə mane olur:
“Siz Kiyev rejiminə nə qədər çox hərbi təchizat versəniz, biz bir o qədər çox zərbə endirəcəyik. Bu, bizim seçimimiz deyil. Biz uzun müddətdir və ardıcıl olaraq Ukrayna böhranının diplomatik yolla həllini təklif etmişik. Lakin siz ukraynalılardan istifadə edərək Rusiya ilə mübarizəni davam etdirməyə çalışırsınız”, – deyə Polyanski bildirib.
Diplomat qeyd edib ki, Rusiya iyulun 31-də keçiriləcək BMT iclasında diqqəti münaqişənin sülh yolu ilə nizamlanmasına mane olan addımlara yönəltməyi təklif edir.
Xatırladaq ki, iyulun 23-də İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların üçüncü raundu baş tutub. Görüş Çırağan sarayında qapalı formatda keçirilib və təxminən bir saat davam edib. Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski danışıqların dördüncü raunduna ümid etdiyini bildirib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 İyul 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















