“Rusiya “böyük dövlət” sayılacaq ölkə deyil” “İqtisadiyyatı İtaliyadan kiçikdir, hərbi gücü isə”
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ Prezidenti Donald Trampı Rusiyanın iqtisadi və hərbi qüdrətinə dair mövqeyinə yenidən baxmasına inandırmaq üçün öz nüfuzundan istifadə edib.
“AzPolitika” xəbər verir ki, bunu “The Guardian” nəşri yazıb.
Nəşrin qeyd etdiyi kimi, Stubb Trampın qulaq asdığı nadir Avropa liderlərindən biridir. Stubb Tallinndə keçirilən təhlükəsizlik konfransında mayın 17-də Trampla söhbəti zamanı ona Rusiyanın “ən azı iqtisadi baxımdan” artıq böyük güc olmadığını izah etməyə çalışdığını etiraf edib.
Stubb qeyd edib ki, Rusiya iqtisadiyyatı "İtaliyadan kiçik, İspaniyadan bir qədər böyükdür, lakin onun mərkəzi uçot dərəcəsi 20%-dən çoxdur və ehtiyatları tükənib": “Bununla belə, Rusiya hərbi cəhətdən üç il əvvəl Ukraynanın müstəqil suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq istəyirdi, lakin bu il cəmi 1% irəliləyə bilib. Beləliklə, o, artıq böyük dövlət sayıla biləcək bir ölkə deyil".
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















