Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. SİA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərlə hücumlar həyata keçirilib. Əsas zərbə cənub bölgələrdəki və Odessa vilayətindəki enerji infrastrukturuna yönəlib. Hücum nəticəsində Odessa vilayətində iki nəfər yaralanıb, ölkə üzrə onlarla mülki obyektə ziyan dəyib.
Kirovoqrad, Nikolayev, Odessa, Sumı, Xarkov, Xerson və Çerniqov vilayətlərində minlərlə ailə elektriksiz qalıb. Zərbələr həmçinin Dnepropetrovsk və Çerkassı vilayətlərində də qeydə alınıb.
Prezident vurğulayıb ki, aidiyyəti xidmətlər elektrik və su təchizatının bərpası üzərində işləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 13 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















