“Rusiya bunu davam etdirsə, Bakı Ukraynaya qoyulan embarqonu götürə bilər”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğv edilməsi məsələsini nəzərdən keçirməyə başlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı etibarlı mənbələrə istinadən “Caliber.Az” yayıb.
Sayt yazır ki, Rusiya Silahlı Qüvvələri Azərbaycanın Ukrayna ərazisində yerləşən enerji obyektlərinə ardıcıl olaraq zərbələr endirməyə başlayıb: “Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar ikitərəfli münasibətlərdə böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq”.
Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə Rusiya ordusu SOCAR şirkətinin Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına hücum ediblər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Bununla yanaşı, şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bu, son həftələr ərzində Ukraynada Azərbaycanla əlaqəli obyektlərə artıq ikinci hücumdur. Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















