Icma.az
close
up
RU
Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb

Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 fevral, AZƏRTAC

Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə, sutkada 1,7 milyon barelə çardırıb. Bununla da Rusiya Hindistanın neftayırma zavodlarının neft almaqdan imtinasını kompensasiya edib. Lakin Çin Rusiyanın “Urals” markalı neftini çox ucuz qiymətə alır.

AZƏRTAC xəbər verir ki, Çinin Rusiyadan neft ixracını artırması beynəlxalq birjalarda qiymətlərin düşməsinə səbəb olub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, cari ilin yanvar ayında Rusiya Hindistana sutkada 1,1 milyon barel neft ixrac edirdi. Lakin ABŞ-ın Rusiya neftini alacağı təqdirdə Hindistan mallarına əlavə 25 faiz gömrük rüsumu tətbiq edəcəyini bəyan etdikdən sonra bu ölkənin neft şirkətləri ixracı sutkada 100 min barelə endirdilər. Çin əsasən Səudiyyə Ərəbistanı, İraq, Braziliya və Malayziyadan neft alır. Lakin Rusiya neftinin Çinə çatdırılması daha tez və ucuz başa gəlir. Bu gün Rusiya neftinin dünya bazarından sıxışdırılıb çıxarılması üçün Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən tətbiq olunan sanksiyalar Rusiyanı daha ucuz neft satmağa vadar edib. Hazırda “Urals” markalı neftin 1 barelinin qiyməti 15 dollardan aşağıdır.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 20-ci paket sanksiyalar siyahısında Gürcüstanın Kulevi limanın adının olması da dünya bazarında neftin qiymətinə təsir edir. Rusiya və Mərkəzi Asiya respublikaları məhz bu liman vasitəsi ilə dünya bazarına neft ixrac edirlər. Limanın rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür. Rusiya-Ukrayna müharibəsindən əvvəl bu limandan ildə 2 mindən çox tanker dünya bazarına neft nəql edirdi. Gürcüstan Kulevi limanına tətbiq olunan sanksiyanın aradan qaldırılmasını tələb edir.

İsveçrənin “UBS Group AG” maliyyə holdinqinin analitiki Covannı Stoun bildirib ki, hazırda ABŞ, Avropa və Səudiyyə Ərəbistanındakı neft anbarlarında saxlanılan neftin həcmi azalıb. Bununla yanaşı Yaxın Şərqdən neft nəqlində problemlər müşahidə olunmasa da İran ətrafındakı vəziyyət bazarın gərginliyini artırıb ki, bunlar da qiymətlərə təsir göstərir.

Ötən həftə Omanda ABŞ ilə İran arasında keçirilən görüşdən sonar bazarda nisbi sabitlik yarandı. Lakin danışıqlardan 1 gün sonra ABŞ-ın Körfəzə daha 3 hərbi gəmi göndərməsi bazarın gərginliyini artırdı, hətta “Brent” markalı neftin 1 barelinin qiyməti 70 dolları ötdü.

Bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar azalaraq 67,36 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar azalaraq 62,67 dollar təşkil edib.

“UBS Group AG” analitiki hesab edir ki, qiymət ucuzlaşsa da bazarda gərginlik davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri