Rusiya çox sayda Ukrayna PUA sını vurub
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 128 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, Ukrayna gecə saatlarında PUA-larla Rusiya ərazisinə hücum etməyə cəhd edib.
Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 128 PUA-nın vurulduğu qeyd edilir. Bunlardan 83-nün Krasnodar, 1-nin Bryansk, 1-nin Kursk, 30-nun ilhaq edilmiş Krım, 8-nin Azov dənizi, 5-nin isə Qara dəniz üzərində vurulduğu qeyd edilib.
Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev "Telegram"-da verdiyi açıqlamada Ukraynanın PUA-larla mülki şəxslərə hücum etməyə cəhd etdiyini bildirib: "Nəticədə 3 binaya ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan və ölən yoxdur".
Ukraynanın həyata keçirdiyi pilotsuz təyyarə hücumunun ilin əvvəlindən bəri ən intensiv hücum olduğu bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 26 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















