Icma.az
close
up
RU
Rusiya daha üç keçmiş sovet ölkəsinə hücum edəcək

Rusiya daha üç keçmiş sovet ölkəsinə hücum edəcək

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynadakı müharibə fonunda Avropa ölkələri ilə münasibətlərdəki gərginlik səbəbindən Rusiyanın NATO və Aİ-yə üzv ölkələrə hücum etməsi ehtimalı yüksək olan hal kimi qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Əvvəllər hesab edilirdi ki, Rusiya 2029-cu ilə qədər NATO-ya təhdid yarada bilməyəcək. İndi isə Qərbdə o konsensus formalaşır ki, belə bir böhran daha erkən - Avropa hələ müqavimət göstərmək imkanına malik olmadan baş verə bilər.

“Fikrimizcə, Rusiya bir il ərzində böyük sayda qoşunları köçürə biləcək. Artıq strateji ehtiyatlarını artırırlar, NATO sərhədləri boyunca mövcudluq və resurslarını genişləndirirlər. Baş verənləri görürük”, - Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib.

WSJ iddia edir ki, Rusiya üçün ən açıq hədəflər əvvəllər SSRİ-nin tərkibində olmuş ölkələr - Litva, Latviya və Estoniyadır. NATO-nun hərbi strateqləri Rusiyanın İsveç, Finlandiya və Danimarkanın Baltik dənizindəki adaları, Polşanın bəzi əraziləri, Norveç və Finlandiyanın şimal ucqarları və Avropadakı strateji infrastruktur, hətta Niderlandın Rotterdam limanına qədər zərbə kampaniyası barədə potensial planlarından narahatdırlar.

Litva Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kontr-admiral Gedrius Premenetskas da belə bir təhlükəni real hesab edir, amma o, bu zaman Rusiyanın üzləşəcəyi təhlükəyə də diqqət çəkib:

“Rusiyanın Kalininqradı qoruması dilemma olacaq. Rusiya nəsə etməyə başlasa, NATO açıq şəkildə bəyan etməlidir ki, bu halda Rusiya Kalininqradı itirəcək”.

Almaniya Müdafiə Nazirliyinin keçmiş rəsmisi Niko Lanqx hesab edir ki, Rusiya lideri Vladimir Putin Avropanın toparlanmasına imkan vermədən hücum əmri verə bilər:

“Əgər məqsəd NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsinin işləmədiyini göstərmək və Avropanı parçalamaqdırsa, buna iradə lazımdır, həddindən artıq böyük hərbi imkanlar yox. Putin niyə avropalıların hazır olmasını gözləməlidir?”./Teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Fevral 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri