Rusiya daxilinə zərbələrin endirilməsinə NATO müttəfiqləri qərar verəcək Rutte
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya daxilinə zərbələrə icazə verilib-verilməməsinə NATO müttəfiqləri qərar verəcək".
Sfera.az xəbər verir ki, bunu Alyansın Baş katibi Mark Rutte Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının Müdafiə Nazirləri formatında keçirilən iclasında deyib.
"Bu gün biz Ukraynaya qalib gəlmək üçün necə kömək edəcəyimizi müzakirə edəcəyik. Bu, daha çox yardım, daha çox pul deməkdir", - o bildirib.
Xatırladaq ki, noyabrın 17-də “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiya daxilində zərbələr üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib. Daha sonra ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols bu məlumatı təsdiqləyib. Aİ-nin xarici siyasət komissarı Cozep Borrell bəyan edib ki, bəzi Aİ ölkələri də Ukrayna ərazisindən Rusiya ərazilərinə zərbələr endirmək üçün öz silahlarından istifadə etməyə icazə veriblər.Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı bildirib ki, Rusiyanın yenilənmiş nüvə doktrinasında Kiyevin Rusiyaya qarşı Qərb istehsalı olan adi raketlərdən istifadə etməsinə cavab olaraq potensial nüvə zərbəsi nəzərdə tutulur. Bundan əvvəl o, Qərbin son qərarını eskalasiyanın keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmişdi.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















