Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Rusiya Dəmir Yolları iflas ərəfəsindədir

Rusiya Dəmir Yolları iflas ərəfəsindədir

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Ölkənin logistika onurğası hesab olunan Rusiya Dövlət Dəmir Yolları (RSZD) ciddi maliyyə və struktur böhranı yaşayır.
Yeniavaz.com
“Biznes Media”ya istinadən xəbər verir ki, MDB məkanının ən böyük nəqliyyat şəbəkələrindən birini idarə edən dövlət korporasiyası Qərb sanksiyaları və müharibə şəraitinin yaratdığı logistika xaosu fonunda zəifləyib.
Analitiklərin fikrincə, problemlərin əsas səbəblərindən biri texnoloji təcriddir. Xüsusilə yüksək sürətli sərnişin qatarları və müasir yük qatarları uzun illər Almaniya və ABŞ istehsalı olan yüksək keyfiyyətli yataklar, elektron idarəetmə sistemləri və digər kritik komponentlərdən asılı olub. Aparıcı Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsi dəmir yolu təsərrüfatında ciddi çatışmazlıqlara gətirib çıxarıb. Bu isə hərəkət heyətinin sürətlə aşınmasına və qəzaların sayının artmasına səbəb olur.
İqtisadi baxımdan da vəziyyət ağırdır. Qərb bazarlarının bağlanması Rusiyanı ixracı, o cümlədən neft və digər xammalı əsasən Çin və Hindistana yönəltməyə məcbur edib. Lakin mövcud dəmir yolu infrastrukturu bu həcmdə və bu istiqamətdə yüklərin daşınmasına tam hazır deyil. Nəticədə nəqliyyat xərcləri artır, daşımaların səmərəliliyi isə azalır.
Müharibə amili vəziyyəti daha da çətinləşdirir. Dəmir yolları hərbi yüklərin daşınmasına prioritet verməyə məcburdur. Zirehli texnika, sursat və canlı qüvvənin cəbhə xəttinə fasiləsiz daşınması mülki və kommersiya daşımalarını sıxışdırır. Bu isə şirkətin əsas gəlir mənbələrinin azalmasına gətirib çıxarır.
Bundan başqa, RSZD-nin beynəlxalq kapital bazarlarına çıxışı faktiki olaraq bağlanıb. Şirkət əvvəllər infrastrukturu modernləşdirmək üçün ucuz xarici kreditlərdən istifadə edirdi. İndi isə tamamilə dövlət subsidiyalarından asılı vəziyyətə düşüb. Bu asılılıq dövlət büdcəsi üçün əlavə yük yaradır, xüsusilə də maliyyə resurslarının böyük hissəsinin hərbi xərclərə yönəldildiyi və büdcənin rekord kəsirlə üzləşdiyi bir dövrdə.
Müstəqil ekspertlərin qənaətinə görə, Rusiya Dövlət Dəmir Yolları hazırda qısa müddətdə həlli mümkün olmayan sistemli problemlərlə üz-üzədir. Analitiklər bildirirlər ki, şirkət maliyyə baxımından tam şəkildə Kremlə bağlıdır və dövlət dəstəyi olmasa, faktiki olaraq müflis vəziyyətə düşə bilər.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri