“Rusiya deyə bilərdi ki, Ermənistan hakimiyyəti axmaq işlərlə məşğuldur”
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
"Rusiya ilə münasibətlər bərpa edilməlidir - tərəfdaşlıq, strateji, müttəfiqlik".
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan bildirib.
O əlavə edib: "İran faktorunu da hesaba alın. O da bizim üçün dost ölkədir, ona görə yox ki, qonşudur, ortaq maraqlarımız var".
Koçəryan qeyd edib: "Rusiya deyə bilərdi ki, Ermənistan hakimiyyəti axmaq işlərlə məşğuldur, amma erməni xalqı bizimlə mehribandır, biz bu axmaqlığa əhəmiyyət verməyəcəyik? Rusiyadan gözlədiyimiz bu idimi?
Dövlətlərarası münasibətlər belə getmir. Onlar incimək mövqeyini tutdular, halbuki Praqada imzalanan sənəddən sonra Rusiya incimiş mövqeyi tutmalı idi. Dedik ki, Qarabağla (separatçılarla - red.) Azərbaycan arasında vasitəçi olun. ATƏT-in mandatı başqa idi. Bütün bunları insanlara izah etmək lazımdır”.
Baxış sayı:66
Bu xəbər 19 May 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















