Icma.az
close
up
RU
Rusiya imitisaya ilə məşğuldur

Rusiya imitisaya ilə məşğuldur

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Gözləntilərin əksinə olaraq prezident Vladimir Putin Ukrayna-Rusiya daşıqlarına gəlmədi. Halbuki 9 may paradından dərhal sonra İstanbulda Zelenski ilə görüşün təşkil olunmasını Türkiyədən özü xahiş etmişdi. Əksər təhlilçilər hesab edirdi ki, İstanbulda Ukrayna-Rusiya arasında keçiriləcək yüksək səviyyəli görüş müharibənin dayandırılması üçün əlverişli imkanlar yaradacaq və müvəqqəti də olsa təmas xəttində silahları susduracaq. Türkiyəyə Ukrayna prezidenti Zelenski üst heyətlə gəlsə də Rusiya verdiyi sözü tutmadı və danışıqlara qərarların verilməsində heç bir rol oynamayan ehtiyat tərkiblə gəldi".
Bu fikirləri Newscenter.az-a politoloq Əli Orucov İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını şərh edərkən səsləndirib. O deyib ki, Ukrayna lideri həmin heyəti “butefor” adlandırmaqla, Rusiyanın sülh prosesinə qeyri-ciddi yanaşmasından məyusluğunu açıq şəkildə göstərmiş oldu:
"Həmçinin o, İstanbula deyil, Ankaraya prezident Ərdoğanla görüşməyə gəldiyini və bundan sonra qərar verəcəyini bildirdi. Göründüyü kimi Kreml yenə sülh prosesindən qaçdı və bir daha aydın oldu ki, Rusiya imitisaya ilə məşğuldur. Atəşin uzunmüddətli dayandırılması və diplomatik həll yolunun aranıb tapılması Putinin planlarına uyğun deyil".
Əli Orucov qeyd edib ki, İstanbulda planlaşdırılan görüşün Rusiya tərəfindən pozulması Ukraynının əlini gücləndirdi:
"Zelenski sübut etdi ki, Kreml sülh istəmir və iddialarından da əl çəkməyi düşünmür. Məncə, bundan sonra ABŞ da yəqin ki, Putin Rusiyasına qarşı sərgilədiyi yumşalma mövqeyinə ciddi korrektələr etmək zorunda qalacaq. Əks halda müharibənin dayandırılmasının başqa alternativləri qalmır. Tramp üçün Ukrayna-Rusiya müharibəsindən daha cəlbedici Körfəz ölkələri, ərəb coğrafiyasıdır. 4 gündə 4 trilyon dollar sövdələşmə əldə edən Ağ Ev administarsiyasını əsasən böyük ticari və iqtisadi məsələlər daha çox maraqlandırır. Belə bir vəziyyətdə ağırlıq çoxunluqla Türkiyə və onun lideri R.T.Ərdoğanın üzərində qalır. Məhz bu səbəbdən də Ukrayna prezidenti Rusiya nümayəndə heyəti ilə görüşüb-görüməməsini türkiyəli həmkarı ilə görüşündən sonra qərarlaşdıracağını bildirdi. Ümidlər Türkiyəyə və R.T.Ərdoğana qalıb".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 May 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see359

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see264

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see258

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see234

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see226

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see219

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see216

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see178

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see178

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see176

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see166

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see165

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see163

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see160

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see157

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see156

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see152

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri