Rusiya Donetsk aeroportunu bərpa etməyə başlayıb Peyk görüntüləri şübhə doğurur KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Donetsk şəhərində yerləşən və 2014-cü ildə dağıdılmış beynəlxalq aeroportun yenidən qurulmasına başladığı ehtimal edilir.
Bu barədə Military Journal Telegram kanalının yaydığı peyk görüntülərinin təhlilinə əsasən məlumat verilib.
Görüntülərdə uçuş-enmə zolaqlarındakı trançelərin torpaqla doldurulduğu müşahidə olunub. Bu isə aeroportun fəaliyyətinin bərpası planlarından xəbər verə bilər.
Bundan əlavə, aeroportun yaxınlığındakı avtodayanacaq ərazilərində tikinti işləri aparılır. İddialara görə, bu ərazilərdə yanacaq çənlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Digər versiyaya görə isə, Rusiya bu ərazidən pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı üçün istifadə etməyi planlaşdırır.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 02 Avqust 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















