Icma.az
close
up
RU
Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər

Rusiya ekspertləri Putinlə Trampın telefon danışığını Ukrayna münaqişəsi üzrə gərginliyin azaldılması istiqamətində atılan addım hesab edirlər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, söhbət əsnasında liderlər ikitərəfli münasibətlərin normallaşdırılması, o cümlədən bəzi sanksiyaların mümkün ləğvi, diplomatik nümayəndəliklərin fəaliyyəti və viza prosedurlarının bərpası məsələlərini müzakirə ediblər. Ukraynadakı vəziyyətə xüsusi diqqət yetirilib: enerji infrastrukturuna hücumların müvəqqəti dayandırılması, Qara dənizdə atəşkəsin mümkünlüyü və ümumi barışıq şərtləri ətrafında fikir mübadiləsi aparılıb. Avropanın geosiyasi vəziyyətdəki roluna da toxunulub. Müzakirələrdən sonra rusiyalı ekspertlər prezidentlər arasında telefon danışığını münaqişə üzrə gərginliyinin azaldılması və Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addım kimi qiymətləndiriblər.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov qeyd edir ki, Putin və Tramp qarşılıqlı anlaşma əldə ediblər və idi onlar eyni dalğa uzunluğunda təmas qururlar. O hesab edir ki, səfirliklərin fəaliyyətinin normallaşması, xüsusən də bank sektoru ilə bağlı bəzi sanksiyaların mümkün ləğvi gözlənilir. Bütövlükdə, politoloq danışıqları qismən atəşkəsə doğru atılan addım kimi qiymətləndirsə də, onun davamlılığı ilə bağlı şübhələrini ifadə edir.

Politoloq Konstantin Kalaçev danışıqların nəticələrinin “optimistlərin gözləntilərindən aşağı səviyyədə olduğunu, lakin pessimistlərin proqnozlarını üstələdiyini” qeyd edərək, sülhə doğru hərəkətin başladığını vurğulayıb.

MDBMİ-nin Beynəlxalq Münasibətlər İnstitutunun Siyasi Elitaların Tədqiqi Mərkəzinin direktoru Yevgeni Minçenko diqqəti Rusiyanın “xoşməramlı jestlər”inə, o cümlədən Ukraynanın enerji infrastrukturuna zərbələrin 30 günlük dayandırılmasına və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair danışıqlara hazır olduğuna çəkib.

Regional Siyasətin İnkişafı Mərkəzinin prezidenti İlya Qraşçenkov əmin olduğunu bildirib ki, “nəhayət, Kreml və Ağ ev ortaq dil tapacaq, atəşkəs barədə razılığa gələcək”. O, həmçinin sülhə doğru hərəkətin artıq başladığını vurğulayıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev müzakirələri “ideal telefon danışığı” kimi qiymətləndirərək bildirib ki, indi dünya “daha çox təhlükəsizdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri