Icma.az
close
up
RU
Paşinyan qərarını verdi Rusiya Ermənistana müdaxilə edə bilər

Paşinyan qərarını verdi Rusiya Ermənistana müdaxilə edə bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan ölkənin Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətini təsdiqləyən qanunu imzalayıb.

Modern.az-ın məlumatına görə, bu barədə Xaçaturyanın mətbuat xidməti məlumat yayıb.

Qanun 2024-cü il martın 26-da Ermənistan parlamenti tərəfindən qəbul olunub. Sənədə əsasən, Aİ-yə üzvlüklə bağlı yekun qərar yalnız ümumxalq referendumu əsasında verilə bilər.

Lakin bu addımın özü belə, artıq Ermənistanın prioritetlərini dəyişdirdiyini göstərir. Ermənistanın Aİ-yə üzv olmaq üçün konkret dəvət almadığı bildirilsə də, rəsmi İrəvanın qərarı Brüssellə münasibətləri dərinləşdirmək istəyindən xəbər verir.

Ermənistanın bu qərarı Rusiyanın kəskin reaksiyasına səbəb olub. Moskva hesab edir ki, Ermənistanın eyni anda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv qalması mümkün deyil. Rusiya rəsmiləri bu vəziyyətin İrəvan üçün "seçim anı"nın yetişdiyini göstərdiyini bildiriblər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ermənistan daxilində Aİ-yə inteqrasiyanı ölkəyə əlavə fayda gətirəcək addım kimi dəyərləndirən qüvvələr var.

Ermənistan isə hələlik Aİİ-dən çıxmaq niyyətində olmadığını açıqlayıb. Buna baxmayaraq, 2023-cü ilin sonundan bəri Ermənistan Xarici İşlər Nazirliyi Avropa yönümlü siyasətə meyl etdiklərini və Aİ-yə üzvlüyün aktiv şəkildə müzakirə olunduğunu bildirmişdi. Mart ayında isə Aİ-yə daxilolmanın nəticələrinin əvvəlcədən proqnozlaşdırıla bilməyəcəyini qeyd etmişdilər.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın Aİ-yə üzvlük qərarının ölkəni strateji seçim qarşısında qoyduğunu söyləyib. Onun fikrincə, bu, təkcə siyasi deyil, həm də iqtisadi baxımdan ciddi nəticələrə yol aça bilər.

Aİ ilə yaxınlaşma fonunda, Rusiya Ermənistanla münasibətlərini yenidən nəzərdən keçirə və bölgədəki nüfuzunu qorumaq üçün müəyyən addımlar ata bilər.

Müşahidəçilər bildirirlər ki, Moskva Ermənistanın qərarına sərt cavab verə və hətta iqtisadi və siyasi təzyiqlərə əl ata bilər.

Bəzi analitiklər isə qeyd edirlər ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı bu addımlar Rusiyaya yönəlik siyasi manevr – bir növ təzyiq aləti də ola bilər. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə üz tutmaqla Rusiya Prezidenti Vladimir Putini dolayısı ilə şantaj etdiyi bildirilir. Məqsəd isə Kremldən daha çox iqtisadi və ya siyasi güzəştlər qoparmaq, həmçinin Moskvanın Ermənistanla bağlı siyasətində dəyişikliklərə nail olmaqdır.

Gələcək aylarda bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi Rusiya və Qərbin reaksiyasından asılı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri