Icma.az
close
up
RU
Rusiya Ermənistana ordu yığır: Məqsədləri nədir?

Rusiya Ermənistana ordu yığır: Məqsədləri nədir?

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistandakı mənbələr, xüsusilə də müxalif mövqedə olan “Hraparak” nəşri ciddi və narahatedici məlumat yayıb.

News24.az  xəbər verir ki, nəşrin Gümrü şəhərindəki mənbələrə istinadla yazdığına görə, 102-ci Rusiya hərbi bazasına son həftələrdə intensiv şəkildə silah, texnika və sursat daşınır. Məlumatlara əsasən, hər gün bir neçə Rusiya hərbi yük təyyarəsi bazaya enir və bu axın səngimək bilmir.

Erməni ictimaiyyəti və bəzi siyasi dairələr artıq bu hərbi yığmanın sadəcə bazanın rotasiya və texniki təminat proqramı olmadığını, daha geniş məqsədlərə hesablandığını düşünməyə başlayıb. “Hraparak” yazır ki, Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İttifaqından çıxmasını gözləyir və bu addımlar tamamlandıqdan sonra Ermənistanda Paşinyan hökumətinə qarşı açıq çevriliş ssenarisini reallaşdıra bilər.

Bu məlumatlar fonunda Musavat.com-un təhlili göstərir ki, Ermənistanın müstəqil qərarlar verməyə başladığı və Qərbə inteqrasiya etdiyi hər mərhələdə Rusiya tərəfindən təzyiqlər güclənir. Paşinyan hökuməti KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmağa dair açıq siqnallar verdikcə, Kreml bu prosesin qarşısını almaq üçün hərbi təsir vasitəsinə keçid edə bilər.

Azərbaycan da bu prosesləri diqqətlə izləyir. Çünki Ermənistanda Rusiyaya bağlı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi və bu qüvvələrin Azərbaycanla 2020-ci ildə bağlanmış sülh razılaşmalarını pozması ehtimalı regionda yeni eskalasiya təhlükəsi doğura bilər.

Maraqlıdır ki, Azərbaycanın sabiq baş naziri, təhlilçi  Pənah Hüseyn Musavat TV-yə verdiyi müsahibəsində bu ehtimala toxunaraq bildirmişdi:

“Rusiya Ermənistanda Paşinyanı devirdikdən sonra onun yerinə özünə sadiq qüvvələri gətirib, həmin hökumətin vasitəsilə Azərbaycana təzyiq və ya hərbi müdaxilə planlaya bilər. Bu, real təhlükədir.”

Sual yaranır: Ukrayna cəbhəsində ağır itkilər verən, Qərbin sanksiyaları altında iqtisadi və hərbi baxımdan sıxışdırılan Rusiya nə üçün bu qədər resursunu Ermənistana yönəldir? Bu, sadəcə mövcud bazanın qorunmasıdır, yoxsa Gümrü bazası yaxın aylarda aktiv hərbi ssenaridə iştirakçı olacaq?

Hərbi müşahidəçilər bu məsələdə iki ehtimalı önə çəkirlər:

Rusiya Ermənistanda çevrilişə hazırlaşır. Paşinyanın getməsi və onun yerinə Moskvaya bağlı qüvvələrin gətirilməsi həm Rusiyanın Cənubi Qafqazda yenidən güc nümayiş etdirməsi, həm də Zəngəzur dəhlizi layihəsinin qarşısını almaq cəhdi ola bilər.

Yeni bir eskalasiya ssenarisi hazırlanır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırması eyni zamanda Azərbaycan sərhədlərinə təzyiq mexanizmi kimi istifadə edilə bilər. Bu, həm Ermənistanın revanşist hissələrini, həm də Rusiya təbliğatını qidalandıracaq addım ola bilər.

Bütün hallarda bölgədə vəziyyət yenidən kritik həddə yaxınlaşır. Əminik ki, Azərbaycanın milli təhlükəsizlik orqanları və diplomatik çevrələri bu cür prosesləri yaxından izləyir və ehtimal olunan təhdidlərə qarşı müttəfiqlərlə – xüsusilə Türkiyə ilə sıx koordinasiya içində fəaliyyət göstərir.

Rusiya rəhbərliyi anlamalıdır ki, Ermənistan üzərində nəzarəti bərpa etmək məqsədilə bölgədə sabitliyi pozmaq cəhdi nə regional, nə də beynəlxalq müstəvidə qəbul olunacaq. Azərbaycan istənilən təxribat planına cavab verməyə tam hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 İyul 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri