Icma.az
close
up
RU
Paşinyanın Qarabağ etirafı Ermənistanda vəziyyəti dəyişir ŞƏRH

Paşinyanın Qarabağ etirafı Ermənistanda vəziyyəti dəyişir ŞƏRH

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən son açıqlamalar, xüsusilə “Qarabağ məsələsi bağlanıb” fikri regionda davam edən siyasi proseslər fonunda ciddi müzakirələrə səbəb olub. Bu bəyanatlar sülh gündəliyinin irəlilədilməsi baxımından müəyyən mesajlar versə də, onların real siyasi nəticələri və davamlılığı ilə bağlı suallar qalmaqdadır. Bəs, bu mövqe həm Ermənistan daxilində, həm də Azərbaycan–Ermənistan münasibətlərində proseslərin gedişinə necə təsir göstərə bilər.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi proseslərdə gərginlik müşahidə olunur. 
"Xüsusilə sülhə qarşı olan revanşist qüvvələr və kilsə hökumətə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır. Bu prosesdə Azərbaycanla davam etdirilən sülh gündəliyinə kölgə salmaq, hökumətə qarşı manipulyasiya aparmaq və bununla da ictimai dəstək qazanaraq parlament seçkilərində daha çox yer əldə etmək cəhdləri diqqət çəkir. Cəmiyyətin düşüncəsi ilə manipulyasiya halları daha qabarıq şəkildə özünü göstərir. Nikol Paşinyan rəhbərliyindəki hökumət isə bu riskləri nəzərə alaraq daha sağlam və rasional mesajlarla çıxış etməyə çalışır. Xüsusilə vurğulanır ki, Azərbaycanla mümkün yeni müharibə və ya eskalasiya ehtimalı Ermənistan üçün ciddi təhlükələr və ağır nəticələr vəd edir".
Ekspert bildirib ki, bununla yanaşı, Azərbaycanla müəyyən istiqamətlərdə əldə olunan razılaşmalar, xüsusilə tranzit imkanları, yükdaşımalar və enerji əməkdaşlığı kimi məsələlərin sosial-iqtisadi üstünlükləri Ermənistan cəmiyyətinə izah olunur. 
"Bu isə hökumətin mövqeyini müəyyən qədər gücləndirən amillərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, həm daxili qüvvələr, həm də xarici aktorlar tərəfindən sülh gündəliyinə təsir göstərmək cəhdləri müşahidə olunur. Müxalifətlə pərdəarxası təmaslar və hökumətə təzyiq fonunda sülh prosesinə maneə yaratmaq təşəbbüsləri istisna edilmir. Lakin Ermənistan hakimiyyəti artıq anlayır ki, yenidən eskalasiya risklərinin artması ölkə üçün geri dönüşü çətin olan nəticələr doğura bilər. Bu kontekstdə hökumət ənənəvi siyasətdən müəyyən qədər uzaqlaşaraq “Real Ermənistan” konsepsiyası üzərindən siyasət yürütməyə çalışır. Bu yanaşma daha realist və praqmatik xətt kimi təqdim olunur. Əks halda, “Böyük Ermənistan” ideologiyasına qayıdışın ölkə üçün yenə də mənfi nəticələr doğuracağı vurğulanır".
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan son açıqlamalarında konstitusiya dəyişiklikləri məsələsinə də toxunaraq bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın rəsmi şəkildə ərazi iddialarından imtina etməsini tələb edir. 
"Bu isə dolayısı ilə konstitusiya islahatlarının gündəmdə olduğunu göstərir. Nəticə etibarilə, həm daxili, həm də xarici təsirlər fonunda sülh prosesinə mane olmaq cəhdləri davam etsə də, Ermənistan hökuməti bu risklərin fərqindədir və buna qarşı addımlar atmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Cəmiyyətə verilən mesajlar da bu cəhdlərin dövlətçilik və milli maraqlar üçün təhlükəli olduğunu göstərməyə yönəlib. Hazırkı mərhələdə sülh prosesi üzrə müəyyən irəliləyişlərin olduğu müşahidə edilir. Bu irəliləyişlər ilk növbədə Ermənistanın maraqlarına, eləcə də regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Ümumilikdə, bu siyasətin davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verən əsas istiqamət kimi qiymətləndirilir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Aprel 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri