Icma.az
close
up
RU
Rusiya Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edə bilər

Rusiya Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq edə bilər

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 3 iyun, AZƏRTAC

Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan bitki mənşəli məhsulların tədarükü zamanı baş verən pozuntulardan narahatdır.

AZƏRTAC “Rosselxoznadzor”a istinadla xəbər verir ki, bu il Ermənistandan Rusiyaya kəsilmiş güllərin idxalında və bu fonda Avrasiya İqtisadi İttifaqı ölkələri üçün təhlükəli olan karantin obyektlərinin aşkarlanmasının sayında kəskin artım müşahidə olunub.

Xidmətdən verilən məlumata görə, “Rosselxoznadzor”un ərazi idarələri gül məhsullarının qərb çiçək tripsinə yoluxması ilə bağlı 13 fakt müəyyən edib. Bundan əlavə, digər növ bitki məhsullarına çoxlu sayda yoluxma halı da qeydə alınıb.

Xidmət qeyd edib ki, bu cür hallar Ermənistan tərəfindən ixrac olunan mallara nəzarət sisteminin səmərəsiz olduğunu göstərir. Bununla bağlı “Rosselxoznadzor” Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə hərtərəfli tədbirlərin görülməsi və fitosanitariya nəzarətinin gücləndirilməsi xahişi ilə rəsmi məktub göndərib. Bildirilir ki, cavab verilməsə və karantin obyektlərinin identifikasiyası davam edərsə, “Rosselxoznadzor” iyunun 16-dan etibarən üçüncü ölkələrdən Ermənistanın fitosanitariya sertifikatları ilə müşayiət olunan gül məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edə bilər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see666

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see146

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see145

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see133

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see133

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Oleq Bakinski işində Kuçerə BƏRAƏT VERİLDİ

25 İyul 2025 18:03see125

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see124

Tramp Avropanı külək turbinlərindən imtina etməyə çağırıb

26 İyul 2025 09:00see123

Barmaqları çatlatmaq oynaqlara zərərdir?

25 İyul 2025 15:57see123

Filip Ozobiç Turan Tovuz da EKSKLÜZİV

26 İyul 2025 10:23see123

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see123

İbrahim Tatlısesin Səddam Hüseynlə qohum olduğu üzə çıxdı

26 İyul 2025 06:15see122

Orxan yeni komandasında qolla debüt etdi

26 İyul 2025 11:06see121

Nyu York birjasında təbii qaz bahalaşıb

26 İyul 2025 10:24see121

MM dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

25 İyul 2025 19:11see120

Pokrovsk uğrunda şiddətli döyüşlər GEDİR

26 İyul 2025 10:10see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri