Rusiya Ermənistanı buraxmaq istəmir
Icma.az, Modern.az saytına istinadən bildirir.
Rusiyanın Baş nazir müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı gələcəyi ilə bağlı növbəti dəfə açıqlama verib.
Modern.az xəbər verir ki, o, TASS agentliyinə müsahibəsində Moskva Ermənistanın Aİİ-dən ayrılmasını istəmədiyini deyib:
“Bir daha təkrar edirəm, biz Ermənistanın Aİİ-dən çıxmasını istəmirik. Biz istəyirik ki, Ermənistan inkişaf etməyə davam etsin. Amma Avropa İttifaqına qoşulma və ya ona yaxınlaşma halında yaranacaq problemləri görürük. Prinsip etibarilə, həmin problemlər artıq yaranır”.
Overçuk qeyd edib ki, Ermənistanın Aİİ-də iştirak etdiyi 11 il ərzində ölkədə həm həyat səviyyəsi, həm də ÜDM əhəmiyyətli dərəcədə artıb.
Rusiyalı rəsmiyə görə, bu nəticələr əsasən Aİİ çərçivəsində verilən iqtisadi güzəştlər hesabına əldə olunub və “heç kim bunu Ermənistana əvəz edə bilməz”.
Moskvanın bu açıqlaması son aylarda Ermənistanın Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi fonunda diqqət çəkir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 19 May 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















