Icma.az
close
up
RU
Rusiya Ermənistanı hərbi müdaxilə ilə hədələdi Nələr ola bilər?

Rusiya Ermənistanı hərbi müdaxilə ilə hədələdi Nələr ola bilər?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin İrəvandakı açıqlaması maraqla qarşılanıb. Kreml rəsmisi bu ölkənin eyni anda həm KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ), həm də Avropa İttifaqına (Aİ) üzvlüyünün mümkün olmadığını bildirib.

Miroşnik Aİ və NATO-ya üzv olmaq istəyən Ukraynanı misal göstərərək dolayı yolla Ermənistanı hədələyib.

Rusiyanın Ukraynadan sonra növbəti hədəfi Ermənistan ola bilərmi? Sözügedən xəbərdarlıq nəyə işarədir?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rodion Miroşnikin İrəvandakı açıqlaması diqqət çəkir:

“Bu sözlər digər Rusiya rəsmilərinin fikirləri ilə eynilik təşkil edir. Xüsusilə son dövrlər Ermənistanın Aİ-yə üzvlük məsələsinin aktuallaşması və konkret addımların atılması Moskvada narahatlıq doğurur. Buna nümunə kimi Ermənistan parlamentinin Aİ-yə inteqrasiya ilə bağlı qanun layihəsini təsdiq etməsini göstərmək olar. Nəticə olaraq Rusiya rəsmilərinin dili ilə İrəvana müəyyən xəbərdarlıqlar edilir.

Ermənistan hakimiyyəti Ukraynadan fərqli olaraq Aİ-yə inteqrasiya prosesini radikal formada deyil, tədricən həyata keçirir. Sanki baş nazir Nikol Paşinyan Rusiyanın nəbzini yoxlayır. Bundan başqa, o, atdığı addımlarla həm də manevr imkanlarını saxlayır. Məsələn, Ermənistan parlamentinin qəbul etdiyi qərar ittifaqa üzvlük niyyətini ehtiva edir”.


Oqtay Qasımov

Politoloq bildirib ki, hazırda Avropa özü daha ciddi məsələlərlə məşğuldur:

“Rusiyaya qarşı sanksiyalar davam etsə də, Avropanın resursları bu təzyiqə imkan vermir. ABŞ Prezidenti Donald Trampın apardığı siyasət nəticəsində Avropada təhlükəsizliklə bağlı narahatlıqlar var.

Ermənistan tərəfi Aİ-yə üzvlük niyyətinin olduğunu deməklə Rusiyanı sakitləşdirməyə çalışacaq. Digər tərəfdən, Moskvanın İrəvana ciddi təsir imkanları da azdır. Çünki Kremlin prioriteti Ukrayna müharibəsinin öz maraqları çərçivəsində bitməsidir. Bu məsələ yekunlaşdıqdan sonra İrəvana təzyiqlər artırıla bilər. Nəzərə almaq lazımdır ki, Ermənistanda da Rusiyaya münasibəti yaxşı deyil. Xüsusilə 44 günlük müharibə zamanı Moskvanın sərgilədiyi mövqe bu narazılığın əsasını təşkil edir. Rusiya buna görə münasibətlərdə maksimum ehtiyatlı davranır. Ehtimal bir radikal təzyiq üsulu Ermənistandakı anti-Rusiya meyillərini daha da artıra bilər. Onu da deyim ki, İrəvanda Moskvaya sadiq qüvvələr də əvvəlki kimi güclü deyil”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri