Icma.az
close
up
RU
Rusiya əsilli iş adamı Azərbaycandakı qızıl istehsalçısını almaqdan imtina edib

Rusiya əsilli iş adamı Azərbaycandakı qızıl istehsalçısını almaqdan imtina edib

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dünyanın aparıcı mədən və investisiya şirkətlərindən biri olan “ACG Metals Ltd” (ACG) Azərbaycanda mis, qızıl və gümüş istehsalı ilə məşğul olan “Anglo Asian Mining PLC”ni satın almağı planlaşdırmadığını açıqlayıb.
Yeniavaz.com
şirkətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Anglo Asian”ın aktivləri ətraflı təhlil edildikdən sonra bu qərar verilib və mümkün sövdələşmə ACG üçün kifayət qədər dəyər yaratmır.
Mis sənayesində satınalmalar yolu ilə böyüməyi hədəfləyən “ACG Metals” qeyd edib ki, şirkət yarandığı gündən kapitalın yerləşdirilməsinə ciddi və ehtiyatlı yanaşır. ACG-nin fikrincə, “Anglo Asian Mining”in alınması səhmdarlar üçün əlavə fayda gətirməyəcək.
Şirkətin açıqlamasında deyilir ki, kapitalın səmərəli istifadəsi və səhmdar dəyərinin qorunması ACG rəhbərliyinin əsas prinsipləridir. Məhz bu meyarlar əsasında “Anglo Asian”ın alınmasından imtina edilib.
“Anglo Asian Mining” isə cavab olaraq səhmdarlar üçün dəyər yaratmaq strategiyasına davam etdiyini bildirib. Şirkət son bir ildə istismara verdiyi iki yeni mədənin və uzun illərdir gəlir gətirən aktivlərinin bu strategiyanın əsasını təşkil etdiyini vurğulayıb.
Açıqlamada qeyd olunub ki, “Xarxar” və “Qaradağ” layihələrinin inkişafı ilə yanaşı, “Anglo Asian” orta səviyyəli mis istehsalçısına çevrilməyi qarşısına məqsəd qoyub.
Xatırladaq ki, ötən ay “ACG Metals” “Anglo Asian Mining” üçün təklif vermə ehtimalını ilkin mərhələdə dəyərləndirdiyini açıqlayıb. Həmin vaxt “Anglo Asian” 2025-ci ildə “Gilar” və “Dəmirli” mədənlərini vaxtında və planlaşdırılan büdcə çərçivəsində istismara verdiyini bildirib.
“Anglo Asian Mining” noyabr ayında “Gədəbəy” yatağında mis istehsalında rekord nəticə əldə edildiyini açıqlayıb. Şirkət bunu flotasiya zavodunda aparılan son dəyişikliklərlə əlaqələndirib.
Dünən London birjasında “Anglo Asian Mining”in səhmləri 2,8 faiz ucuzlaşaraq 223,55 pensə enib. Şirkətin bazar dəyəri 254 milyon funt-sterlinqdir. “ACG Metals”ın səhmləri isə 1 faiz bahalaşaraq 1 060 pensə yüksəlib və bazar kapitallaşması 240 milyon funt-sterlinq təşkil edir.
Məlumat üçün bildirək ki, “ACG Metals Limited”in təsisçisi və baş direktoru Rusiya əsilli Artyom Volynetsdir. “ACG Metals Limited” əsasən mis və digər sənaye metalları üzrə layihələrə sərmayə yatırır və mədən aktivlərinin alınması, inkişafı və idarə olunması ilə məşğuldur.
Azərbaycanda fəaliyyət göstərən “Anglo Asian Mining PLC” 2024-cü ildə 377 ton mis və 15 073 unsiya qızıl hasil edib. 2025-ci ilin ilk doqquz ayı ərzində hasilat müvafiq olaraq 3 475 ton mis və 18 912 unsiya qızıl olub.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanan Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində fəaliyyət göstərir. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına “Gədəbəy” yatağında 2009-cu ildə başlanılıb.
Hazırda “Qoşa”, “Qaradağ”, “Gədəbəy”, “Dəmirli”, “Ordubad”, “Vejnəli”, “Xarxar”, “Qızılbulaq” yataqlarının işlənməsi “Anglo-Asian Mining” şirkətinə verib.
Onu da bildirək ki, “Anglo-Asian Mining” şirkətinin əsas səhmdarları arasında 1989-91-ci illərdə - ABŞ Prezidenti Corc Buşun dövründə “Ağ ev”in Aparat rəhbəri olmuş Con Sununu və onun oğlu Mikayel Sununu da yer alır.
Con Sunununun böyük oğlu – 1964-cü il təvəllüdlü Corc Sununu 2003-2009-cu illərdə ABŞ Senatının üzvü olub.
Con Sunununun kiçik oğlu – 1974-cü il təvəllüdlü Kris Sununu isə Nyu-Hempşir ştatının qubernatoru olub. Hazırda “Anglo-Asian Mining” şirkətinə İran əsilli iş adamı Reza Vəziri rəhbərlik edir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri