Rusiya gecə Dneprə kütləvi dron zərbələri endirdi İctimai kanalın və “Ukrayna radiosu”nun redaksiyaları dağılıb
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukraynanın Dnepr şəhəri noyabrın 18-nə keçən gecə Rusiya ordusunun növbəti dron hücumuna məruz qalıb.
Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Vladislav Hayvanenko bildirib ki, zərbələr nəticəsində iki mülki şəxs xəsarət alıb: 59 yaşlı qadın və 67 yaşlı kişi orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərbə nəticəsində şəhərin müxtəlif hissələrində eyni vaxtda yanğınlar qeydə alınıb. Yerli hakimiyyətin məlumatına görə, 6 yaşayış evi, administrativ bina, bir mağaza və bir neçə kommersiya obyekti ciddi ziyan görüb.
Hücum zamanı iki mərtəbəli bina – Ukrayna İctimai Televiziyasının və “Ukrayna radiosu”nun regional redaksiyalarının yerləşdiyi mərkəz də zədələnib.
İctimai kanalın yaydığı məlumata görə, binada yanğın baş verib, pəncərələr və qapılar sıradan çıxıb, örtük və tavan konstruksiyaları dağılıb. Hücum anında redaksiyada əməkdaşların olmaması faciənin qarşısını alıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 18 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















