Icma.az
close
up
RU
Rusiya Ukrayna şəhərlərinə raket və dron zərbələri endirdi Dağıntılar və yaralananlar var

Rusiya Ukrayna şəhərlərinə raket və dron zərbələri endirdi Dağıntılar və yaralananlar var

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İyulun 15-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə növbəti dəfə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Nastoyaşee Vremya” nəşri məlumat yayıb.

Əldə olunan ilkin məlumatlara görə, Sumi vilayətinin Şostka şəhərinə üç raket zərbəsi endirilib. Şəhərin meri Nikolay Noqa bildirib ki, Rusiya hərbçiləri Svessa Psixonevroloji Dispanserini hədəfə alıblar. Hücum nəticəsində xəstəxananın bir korpusu tamamilə dağılıb, 11 çoxmənzilli bina və 10-dan çox fərdi yaşayış evi zərər görüb. Hadisə zamanı 14 yaşlı bir qız xəsarət alıb.

Zaporojiya vilayətinin Qulyaypole şəhəri isə artilleriya atəşinə tutulub. Bu hücum nəticəsində 2 nəfər yaralanıb.

Xarkov vilayətinin Kupyansk rayonuna daxil olan Prikolotnoye kəndində Fövqəladə Hallar Xidməti fərdi evlərin dağıldığını, 2 evin və 4 yardımçı tikilinin yandığını bildirib. Hücum nəticəsində 68 yaşlı bir qadın yaralanıb.

Donetsk vilayətində də Rusiya ordusunun hücumları nəticəsində 4 nəfər yaralanıb. Vilayət prokurorluğunun məlumatına əsasən, Rusiya hərbçiləri “Smerç” reaktiv yaylım atəşi sistemi ilə Rodinskoye kəndini atəşə tutublar. Bildirilir ki, son günlər həm Rusiya, həm də Ukrayna mənbələri bu kənd istiqamətində Rusiya ordusunun hücum cəhdləri barədə məlumat yayır. Rodinskoye kəndi Pokrovsk şəhərinin şimalında yerləşir. Son həftələr ərzində Rusiya qüvvələrinin Pokrovskun şərqində müəyyən irəliləyiş əldə etdiyi bildirilir.

“DeepState” layihəsinin xəritəsinə əsasən, Pokrovsk artıq demək olar ki, yarımmühasirəyə alınıb. Şəhər ətrafında döyüşlər təxminən bir ildir ki, davam edir.

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri