Icma.az
close
up
RU
Rusiya gömrük qaydalarını sərtləşdirir

Rusiya gömrük qaydalarını sərtləşdirir

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada idxalla məşğul olan şirkətlər yeni gömrük tətbiqləri səbəbindən əlavə xərc təzyiqi ilə üzləşib. 

"Cebheinfo.az" xəbər verir ki, Gömrük İdarəsi artıq "dost olmayan ölkələrdə" istehsal olunan məhsullara, Avrasiya İqtisadi Birliyi vasitəsilə gətirilmiş olsa belə, əlavə vergi tətbiq edir. 

Əvvəllər birlik daxili mal statusunda sayılan və yenidən vergiləndirilməyən məhsullar artıq yüksək dərəcəli gömrük rüsumlarına tabe tutulur. Yeni tətbiq xüsusilə kosmetika və tekstil məhsullarında diqqətçəkən artımlara yol açdı. Məsələn, Fransa ətirlərində gömrük rüsumu 6,5 faizdən 20 faizə, pomadada isə 35 faizə qədər yüksəlib. 

Ekspertlər mövcud yanaşmanın davam edəcəyi təqdirdə idxal olunan kosmetika və geyim məhsullarında qiymətlərin 30 faizə qədər arta biləcəyini qeyd edirlər. Artım dərəcələri məhsul kateqoriyasına görə 15 faiz ilə 50 faiz arasında dəyişir və tənzimləmənin 2027-ci ilin sonuna qədər qüvvədə qalacağı proqnozlaşdırılır. 

Problem yalnız yeni vergi dərəcələri ilə məhdudlaşmır. Biznes dünyası eyni zamanda keçmiş əməliyyatlar üçün əlavə hesablanmış ödənişlərlə də qarşılaşır. Bəzi şirkətlərə mənşə sənədlərinin fərqli şərh edilməsi səbəbindən antidempinq rüsumları tətbiq olunur. 

Nümunə olaraq, Avropadan xammal idxal edən bir şirkət, hər göndəriş üçün təxminən 1 milyon rubl, yəni 13 min dollar əlavə ödəniş etmək məcburiyyətində qalıb. Bu növ tətbiqlərin yaygınlaşacağı təqdirdə xərclərin sürətlə arta biləcəyi ifadə edilir. 

Hüquqşünasların fikrincə, mövcud tətbiq Avrasiya İqtisadi Birliyinin qaydaları ilə ziddiyyət təşkil edə bilər. Birlik qanunvericiliyinə görə, gömrük rüsumu yalnız bir dəfə ödənilməlidir. Buna baxmayaraq, Rusiyadakı yeni yanaşma faktiki olaraq ikiqat vergiləndirmə riskini gündəmə gətirir. 

Ekspertlər bu vəziyyətin həm biznes dünyası üçün proqnozlaşdırılanlığı azaltdığını, həm də birlik daxili ticarətin mahiyyətini zəiflətdiyini vurğulayırlar. 

Yeni tətbiqin arxasında isə sanksiyalardan yayınmağa yönəlmiş ticarət yollarını məhdudlaşdırmaq və büdcə gəlirlərini artırmaq məqsədinin olduğu qiymətləndirilir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri