Rusiya Google və Wikipedia nı cərimələdi
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Rusiyada “Google” və “Wikipedia”-ya qadağan olunmuş bəzi məzmunlara girişin qarşısını almadıqları üçün ümumilikdə 13 milyon rubl (təxminən 162 min dollar) cərimə kəsilib.
"Cebheinfo.az" xəbər verir ki, “Google” və “Wikipedia” əleyhinə açılan məhkəmə işləri paytaxt Moskva şəhərində baxılıb.
Məhkəmənin qərarına görə, adıçəkilən platformalarda müxtəlif qadağan olunmuş məzmunlara girişin məhdudlaşdırılmadığı və qanunlara əməl edilmədiyi müəyyən olunub. Nəticədə “Google”-un 7 milyon rubl, “Wikipedia”-nın isə 6 milyon rubl cərimə ödəməsinə hökm verilib.
Qeyd edək ki, ölkədə həmin şirkətlərlə yanaşı “Apple”, “Twitch” və “Facebook” kimi müxtəlif xarici platformalara da əvvəllər oxşar səbəblərlə cərimələr tətbiq olunub.
Qanunlara əməl etmədiklərinə görə “Instagram”, “X”, “YouTube” və “Facebook” kimi platformalara da giriş qadağan edilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:121
Bu xəbər 27 Avqust 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















