Rusiya Gürcüstanın keçmiş müdafiə nazirini qiyabi həbs etdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili axtarışa verilib və Rusiyada qiyabi həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda dələduzluq) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və qərar qüvvəyə minib.

