Icma.az
close
up
RU
Rusiya hava məkanını bağlamır etiraf, üzr, kompensasiya böyüklüyün əlaməti ANALİZ

Rusiya hava məkanını bağlamır etiraf, üzr, kompensasiya böyüklüyün əlaməti ANALİZ

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni il ərəfəsində Azərbaycan faciəli hadisənin acısını yaşayır. AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190 AR” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Təyyarənin qəzaya uğramasının səbəblərinə dair müxtəlif versiyalar irəli sürüldü - “quş sürüsü mühərrikə girib”, “hava şəraiti səbəbindən qəza olub”, “təyyarədə texniki nasazlığından hadisə baş verib” və s.

Ancaq iki məsələ ağla gəlsə də, çox az ehtimal edildiyi üçün bunlar dilə gətirilmirdi. Bunlardan biri terror hücumu, Rusiya Hərbi Hava Qüvvələrinin təyyarəni vurması idi.

“Ağıla gəlməyən başa gələr”, deyirlər. Ötən gün "Caliber" nəşrinin mənbələrlə təsdiqlətdiyi məlumata əsasən, “Embraer 190”-nın qəzaya uğramasına səbəb Rusiya Hava Hücumundan Müdafiə qüvvələrinin raket hücumu olub. Bildirilib ki, sərnişin təyyarəsi Rusiyanın “Pantsir-C1” hava hücumundan müdafiə raket kompleksinin hücumuna məruz qalıb. Məlumata görə, bu sistem vasitəsi ilə dronlar vurulur. Ukrayna dronlarının son günlər fəal hücumlarının qarşısını almaq, Qroznı hərbi bazasının müdafiə etmək üçün vasitələr Çeçenistanda quraşdırılıb.

Hadisə baş verən gün bu respublikanın başçısı Ramzan Kadırovun qohumu, yerli Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov instaqramda bütün uçan aparatları vurduqlarını yazıb: Pilotsuz uçan aparatların hansısa obyektə düşdüyünə dair informasiyalar doğru deyil. Hamısı vurulub”. O, vurduqları PUA-ların sayını açıqlamayıb.

Mütəxəssislər Azərbaycanın sərnişin təyyarəsinin də həmin vaxt hücuma məruz qaldığını bildirirlər.

Bu, hadisə istər-istəməz yaxın tarixdə Azərbaycanda, İranda və Ukraynada sərnişin təyyarələrinin vurulması ilə bağlı xəbərlərin də yad edilməsinə vəsilə olub.

1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələrinin Azərbaycanın “Mİ-8 N72” helikopterini vurması nəticəsində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev həlak olub. Ümumilikdə bu hücum nəticəsində 22 nəfər ölüb.

2020-ci il yanvarın 8-də Tehran-Kiyev reysini icra edən “Boeing 737-800 МАУ” sərnişin təyyarəsinin vurulması nəticəsində göyərtədəki 176 nəfər ölüb.

Onlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları imiş. Bildirilib ki, hücumu İran hərbi hava qüvvələri edib. Tehran rəsmilərinin açıqlamasına görə, Hava Hücumundan Müdafiə sisteminin operatoru “Boinq”i qanadlı raket kimi qəbul edib.

İran hakimiyyəti ölənlərin ailəsinə 150 min dollar məbləğində kompensasiya verməyə hazır olduğunu da bildirmişdi. Ancaq Ukrayna və hadisə qurbanlarının yaxınları bu məbləğlə razı deyil. İndiyədək tərəflər arasında məsələ açıq qalıb.

2014-cü il iyulun 17-də Rusiyanın dəstəklədiyi separatçıların nəzarəti altıda olan Ukraynanın Donetsk vilayətində Malayziya Hava Yollarının “Boeing 777-200ER” təyyarəsi vurulub. Bildirilib ki, təyyarə Malayziyadan Niderlanda uçurmuş. “Boinq-777”nin Rusiya istehsalı olan “Buk” “yer-hava” raket sistemindən ( Kursk vilayətindən 53-cü Hava Hücumundan Müdafiə Briqadasının yerləşdiyi yerdən) atılmış 8M38 seriyalı raketlə vurulub. Təyyarə bir neçə yerə bölünüb. Onun qalıqları Ukraynanın Qrabovo, Rassıpnoye, Petropavlovka yaşayış məntəqəsi ərazisinə düşüb. Hadisə nəticəsində təyyarədəki 298 nəfərin hamısı həlak olmuşdu (283 sərnişin və 15 ekipaj üzvü).

Ermənistan, Rusiya, İran törətdikləri bəhs etdiyimiz hadisələrə görə, heç bir məsuliyyət daşımayıb, cinayət məsuliyyətinə cəlb edilməyib. Beynəlxalq ictimaiyyət bu hadisələrlə bağlı indiyə kimi susur.

Azərbaycandakı hadisələrin üzdə görünən günahkarı Ermənistan sayılsa da, arxada onun ovaxtkı əsas havadarı Rusiya sayılırdı. Rusiyanın bu istiqamətdə sovetlərdən qalma təcrübəsi də var. Sovet hərbçiləri Əfqanıstanda, Azərbaycanda və başqa ölkələrdə helikopterdən dinc sakinlərə atəş açmaqda da “mahir”dirlər. 1990-cı ilin yanvarında Azərbaycanın Çaykənd kəndi yaxınlığında Bəxtiyar Əliyev sovet hərbçiləri tərəfindən helikopterdən açılan atəş nəticəsində şəhid olmuşdu.

Son günlər Rusiya Ukraynanın dron hücumuna məruz qaldığını bildirir. Ona görə də Moskva başda olmaqla Rusiyanın Avropa hissəsində yerləşən bir sıra şəhərlərdə hava limanlarında uçuşlar təxirə salınıb.

Ancaq təəssüf ki, Federasiyanın uyğun qurumları yalnız hava limanlarına uçuşu məhdudlaşdırmaqla kifayətlənirlər. Uçuşların ləğv edilməsi Ukraynanın dron hücumu ilə əlaqədardırsa, onda niyə başqa dövlətlərin mülki təyyarələrinə hava məkanlarının etibarsız olduğuna dair müraciət etmir.

Məsələn, Ukrayna 2022-ci il fevralın 24-dən hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb.

Rusiya oxşar addım atmamaqla başqa ölkələrin sərnişin və mülki təyyarələrinin ölkə üzərindən uçuşuna icazə verməklə onları təhlükəyə atır. Odur ki, Federasiya Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar azından ölkənin Avropa hissəsinin hava məkanını uçuşlar üçün bağlaması məntiqi olar. Görünür, Rusiya bu addımı beynəlxalq nüfuzuna xələl vurmamaq üçün atmır. Əks halda onun hava hücumunu müdafiə edə bilməməsi, yaxud bu sahədə fəaliyyət göstərən sistemlərin yararsız olduğunu etiraf etmiş olar.

Bir məqamda diqqəti çəkək. Mülki təyyarələrə hücum, dinc sakinlərin üzərinə bomba yağdırmağa oxşayır. Bu da gücsüzlük əlamətidir. Sərnişinlər təyyarəyə minməzdən əvvəl hərtərəfli yoxlanılır. Onlar güvəndə olduqlarına inanır, qəfləti raket hücumuna tuş gələcəklərinə inanmırlar. Ancaq təəssüf ki, bu inam özünü bəzən doğrultmur.

Rusiya 2024-cü il dekabrın 25-də Hava Hücumundan Müdafiə Qüvvələrinin Azərbaycanın sərnişin təyyarəsini vurmasını da hələ ki etiraf etmir. Etiraf etmək, üzr diləmək, kompensasiya vermək böyüklərə xas olan cəhətdir. Çünki böyüklər daha cürətli olurlar. Rusiya da özünü böyük güclərdən sayır. Etiraf edib, üzr istəyib, kompensasiya verəcək?

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri