Rusiya hökuməti istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv edir
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Rusiya hökuməti istehsal güclərinin yüklənməsinin qarşısını almaq məqsədilə neft şirkətləri üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
"İstehsalçı olmayanlar" üçün neft məhsullarının ixracına qoyulan qadağa isə 2026-cı ilin iyul ayının sonuna qədər uzadılıb.
Nazirlər Kabinetinin açıqlamasında bildirilir ki, 31 iyul 2026-cı ilədək benzin, dizel və digər yanacaq növlərinin ixracına yeni müvəqqəti qadağa tətbiq olunub. Qərar daxili yanacaq bazarında sabitliyi qorumağa yönəlib.
Eyni zamanda, avtomobil benzininin ixracına qoyulan məhdudiyyət birbaşa istehsalçılara şamil olunmayacaq.
Qərar rəsmi dərc olunduğu gündən qüvvəyə minir.
Xatırladaq ki, 2025-ci ilin sonunda hökumət benzin ixracına tam qadağanı 2026-cı ilin fevral ayının sonuna qədər uzatmışdı.
Yanvar ayında yanacaq bazarındakı mənbələr qurumların embarqonun vaxtından əvvəl, yəni 1 fevraldan götürülməsini müzakirə etdiyini bildiriblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:33
Bu xəbər 31 Yanvar 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















