Rusiya humanitar yardım adı altında siyasi manipulyasiya edir, iqtisadi sanksiyalardan qurtulmağa çalışır
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Putin Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində hansı ərazilərin viran qaldığını - Kiyevin nəzarəti altında qalanları, yoxsa Moskvanın işğalı altında olanları nəzərdə tutduğunu dəqiqləşdirməyib. Rusiya prezidenti həmçinin Moskvanın ABŞ-nin"Sülh Şurasına" üzv olmaq dəvətini qəbul etməyə hazır olub-olmadığını da deməyib.
Qeyd edək ki, "Sülh Şurası" Qəzza zolağı üçün sülh planını dəstəkləmək üçün yaradılıb. Lakin onun nizamnaməsini nəzərdən keçirən müşahidəçilər qeyd edirlər ki, qurumun səlahiyyətləri daha geniş ola bilər və potensial olaraq onu BMT-nin rəqibinə çevirə bilər.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Qəzza “Sülh Şurası”na dondurulmuş aktivlərdən 1 milyard dollar ayırmaq təklifi ilk baxışda humanitar dəstək kimi təqdim olunsa da, əslində Moskvanın geosiyasi maraqlarını ört-basdır etmək cəhdidir.
Tural İsmayılov
“Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın maliyyə bazarlarına çıxışını, texnologiya transferini və enerji ixracını ciddi şəkildə məhdudlaşdırıb, bu miqyasda 1 milyard dollarlıq yardım sadəcə simvolik addımdır və sanksiyaların yaratdığı struktur problemləri aradan qaldırmaq gücündə deyil. Putin bu bəyanatla özünü Fələstin xalqının müdafiəçisi kimi göstərməyə çalışır, lakin Ukraynada müharibəni davam etdirən və beynəlxalq hüquqa zidd addımlar atan bir dövlətin belə jestləri inandırıcı görünmür.
Rusiya humanitar yardım adı altında siyasi manipulyasiya edir, müharibəni dayandırmadan və aqressiv siyasətdən imtina etmədən sanksiyalardan qurtulmaq mümkün deyil. Əslində Moskva iqtisadiyyatda struktur islahatlar aparmaq əvəzinə, simvolik bəyanatlarla gündəmi dəyişməyə çalışır. Nəticə etibarilə, bu qərar sanksiyalardan xilas üçün kifayət etməyəcək. Rusiya yalnız real siyasi dəyişikliklər – müharibəni dayandırmaq, beynəlxalq hüquqa hörmət etmək və iqtisadi islahatlar aparmaqla sanksiyaların yükünü azalda bilər. 1 milyard dollarlıq yardım isə sadəcə görüntü yaratmaq cəhdidir”-deyə Tural İsmayılov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















