Rusiya iki italyan diplomatını ölkədən çıxardı
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya hökumətinin casusluqda ittiham etdiyi iki Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva iki İtaliya nümayəndəsini ölkədən çıxardı. Oxuməni.az-ın məlumatına görə, bu barədə İtaliya xarici işlər naziri Antonio Tajaninin açıqlamasında deyilir.
Moskva Rusiyadakı İtaliya hərbi attaşesini və onun işçilərindən birini ölkədən çıxardı.
"Rusiya Federasiyası Moskvadakı İtaliya hərbi attaşesini və onun işçilərindən birini əsassız olaraq ölkədən çıxardı", - Tajani qeyd edib.
İtaliya xarici işlər naziri qeyd edib ki, Rusiyanın hərəkətləri iki Rusiya hərbi attaşesinin ölkədən çıxarılmasına cavabdır.
"Bu, İtaliyanın milli təhlükəsizliyimizə qarşı casusluqda ittiham olunaraq cinayət başında yaxalanan iki Rusiya hərbi attaşesini ölkədən çıxarmasına qarşı açıq-aşkar bir qisas aktıdır", - deyə o izah etdi.
Daha əvvəl İtaliya hökuməti Moskvaya məlumat ötürməkdə şübhəli bilinən iki keçmiş İtaliya kəşfiyyat zabitinin həbsindən sonra rusları ölkədən çıxarmaq qərarına gəlmişdi.
İtaliya hökumətinin məlumatına görə, bu şəxsləri Rusiya səfirliyindəki hərbi attaşelər işə götürüb.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 İyul 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















