Rusiya ilə alınmasa, alternativ tapacağıq Mirzoyan
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan rusiyalı tərəfdaşları ilə Türkiyə sərhədinə dəmir yolu çəkmək üçün danışıqlar aparır, lakin razılığa gəlinməsə, başqa bir həll yolu tapmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistanın Şərq və Qərb arasında ticarət dövriyyəsinin alternativ zəncirinə çevrilmək üçün tarixi bir fürsəti var. Sözügedən ticarət dövriyyəsi bu və ya digər şəkildə baş verəcək və mühüm bir mərkəzə çevrilmək üçün tarixi bir fürsətimiz var, bu fürsəti əldən verməyəcəyik. Buna görə də bu məsələ həll olunmalıdır. Gümrü-Qars yolunun işləməməsi səbəbindən mövcud olmayan dəmir yolu hissəsi tikilməlidir. Hazırda rusiyalı həmkarlarımızla danışırıq: əgər bunu onlarla birlikdə qura bilsək, işləyəcəyik, yox, qura bilməsək başqa bir həll yolu tapacağıq, amma bu məsələ həll olunmalıdır”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 25 May 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















