Rusiya ilə Belarusun arasını vurmaq istəyirlər Zaxarova
Icma.az, Axar.az saytına istinadən bildirir.
Fransa da daxil olmaqla, Avropa ölkələri Moskva ilə Minskin arasını vurmağa çalışırlar, lakin bu cəhdlər uğursuzluğa məhkumdur.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Amma bizə aydındır ki, Paris və digər Avropa paytaxtları açıq şəkildə yalnız bir məqsəd güdürlər - Moskva ilə Minsk arasında uçurum yaratmaq və ittifaq dövlətini zəiflətmək.
Əsrlər boyu davam edən ortaq tarix, dostluq və mehriban qonşuluq əlaqələri ilə birləşən qardaş ölkələrimiz arasında nifaq salmaq üçün bədniyyətli şəxslərin hər hansı bir cəhdi uğursuzluğa məhkumdur”, - Zaxarova bildirib.
Qeyd edək ki, mayın 24-da Fransa Prezidenti Emmanuel Makron Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 28 May 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















