Icma.az
close
up
RU
Rusiya ilə gərginlik: Görünən tərəfi təyyarə idi

Rusiya ilə gərginlik: Görünən tərəfi təyyarə idi

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Düşənbə şəhərində MDB sammitində Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putinin görüşü sosial şəbəkələrdə müxtəlif cür qiymətləndirilsə də Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Zahirən bu gərginlik AZAL təyyarəsinin Rusiya səmalarında vurulması ilə başlansa da, məsələnin kökü bir qədər dərindir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə hüquqşünas Qulamhüseyn Əlibəyli çıxış edib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan bir dövlətə çevrilməsi, rus qoşunlarının ölkəmizdən çıxarılması, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altına verilməməsi və nəhayət Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında Azərbaycanın oynadığı rol bu gərginliyin pərdəarxası səbəbləridir:

“Digər tərəfdən Rusiyada Azərbaycanla münasibətlərin daha gərginləşdirilməsində, Azərbaycanı Rusiyaya düşmən olan bir dövlət kimi qələmə verilməsində maraqlı olan dairələr var. Eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olan qüvvələr də var.
Bu görüş də məhz həmin qüvvələrin mövqeyinin üstünlük qazanmasının nəticəsidir. Yəni Rusiya tərəfi Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsini istəməsə də qəbul etməyə məcburdur. Və Cənubi Qafqazda hər hansı bir formada qalmaq, Zəngəzur dəhlizindən iqtisadi cəhətdən yararlanmaq üçün Azərbaycanla qaba güc dilində danışmaq əvəzinə münasibətlərin normallaşmasına üstünlük verdiyini nümayiş etdirir.
Sammitin Düşənbədə keçirilməsini də simvolik hesab etmək olar. Çünki MDB əvvəlki mahiyyətini itirib. Rusiya artıq MDB-də əvvəlki kimi tam hökmranlıq eləyə bilmir. MDB üzvlərinin əksəriyyəti türk-müsəlman dövlətləridir. Bu dövlətlər artıq demək olar ki, Rusiyanın nəzarəti altından çıxıblar və Rusiya onları öz nəzarəti altına qaytara bilmir. Ona görə də Rusiya vəziyyətlə barışmağa məcburdur. Özünün ətrafında müəyyən bir blokun olduğunu göstərmək, təcriddən çıxdığını göstərmək üçün Rusiyaya MDB üzvləri ilə münasibətləri yaxşı saxlamaq lazımdır. Rusiyanın dövlət kimi maraqları tələb edir ki, Azərbaycanla münasibətlər normal olsun. Bu halda Rusiyanın gələcəkdə Zəngəzur dəhlizindən istifadə imkanlarını əldə etməsi mümkündür. Rusiya həm də bunu istəyir”.

Q.Əlibəyli həmçinin əlavə edib ki, Rusiya Azərbaycanın ən böyük qonşusudur və dövlətlərarası münasibətlərin hər hansı formada gərginləşməsi bir tərəfdən Azərbaycanın geosiyasi maraqlarına uyğun deyil, digər tərəfdən isə Rusiyada yaşayan həmvətənlərimizin həyatı və təhlükəsizliyinə təhdid yaradır:

“Ümid etmək istəyirəm ki, bu görüşdən sonra Rusiyadakı həmvətənlərimizə olan təhdidlər tədricən aradan qaldırılacaq”.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri