Rusiya ilə Ukrayna arasında əsir dəyişdirilməsinin icra edilib Video
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Ukrayna və Rusiya arasında İstanbulda danışıqlar zamanı tərəflərin razılaşdığı “1000-in 1000-ə” formatı çərçivəsində yeni məhbus mübadiləsi baş tutub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında yazıb.
“Daha 307 ukraynalı hərbçi evinə döndü. Bu gün Türkiyədə razılaşdırılan 1000-in 1000-ə dəyişdirilməsinin ikinci günüdür. Təkcə bu iki gündə 697 nəfər artıq geri - vətənə qayıdıb”, - deyə Ukrayna prezidenti bildirib.
O qeyd edib ki, sabah daha bir mübadilə olacaq.
“Bu gün qayıdanlar arasında ordumuzun, Dövlət Sərhəd Xidmətinin, Ukrayna Milli Qvardiyasının əsgərləri var”, - deyə dövlət başçısı yazdığı mesajda qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl tərəflər “390-a 390” dəyişib.
Qadir, Bizimyol.info

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub
06 May 2025 18:35
Rusiya ilə Ukrayna arasında yenə əsir mübadiləsi olacaq
27 Noyabr 2024 17:28
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi olub
14 İyun 2025 16:08
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
19 İyun 2025 16:57
Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi baş TUTDU
20 İyun 2025 01:05

