Icma.az
close
up
RU
Rusiya imperiya təsirini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır, amma artıq gecdir Deputat

Rusiya imperiya təsirini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır, amma artıq gecdir Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıqlar və cinayətlər səbəbsiz deyil. Rusiya bütün hüquqlarını və qanunlarını gözardı edərək, öz vətəndaşı olan, etnik mənsubiyyəti azərbaycanlı olan şəxslərə qarşı cinayətlər törədir. Bu, yolverilməzdir. Eyni zamanda, etnik mənsubiyyətə görə miqrantlara qarşı da cinayətlər törədilir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Rusiyada hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı törətdiyi zorakılıq və cinayətin arxasında duran əsas səbəblərdən danışarkən bildirdi.

"Bunun səbəbini əslində rus deputat Konstantin Zatulin açıq şəkildə ifadə etdi. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə və iqtisadi birliyə cəlb olunması, Azərbaycan üzərində yeni təzyiq və idarəetmə mexanizmləri əldə etmək məqsədi daşıyır və regionda sülhə mane olmaq niyyəti güdür. Yəni Rusiya hesab edir ki, Cənubi Qafqazda onun iradəsindən kənar sülh mümkün deyil. Sülh olarsa da elə olmalıdır ki, orada Rusiyanın imperialist maraqları təmin olunmuş olsun. Məsələ bu qədər sadədir", - parlamentari dedi.

O, qeyd etdi ki, artıq dövr dəyişib, yeni tarixi mərhələyə qədəm qoymuşuq.

"Rusiyanın özü də əslində bunu qəbul edib. 2022-ci ildə imzalanan Müttəfiqlik və Birgə Fəaliyyət Bəyannaməsinin iki bəndində qeyd olunur ki, tərəflər bir-birinin daxili işlərinə qarışmamalı və bərabərhüquqlu qardaş olmalıdırlar. Görünür, Rusiya bu bəyannaməni imzalamaqdan peşman olub. İmperialist maraqlar soyuqqanlı siyasətə üstün gəlib. İmperiya təsirini yenidən Azərbaycan üzərində formalaşdırmağa çalışır, amma artıq gecdir", - deyə Hikmət Babaoğlu vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri