Rusiya iqtisadiyyatı “həyəcan siqnalı” verir Büdcə kəsiri kəskin artıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin yanvar-fevral aylarında Rusiya federal büdcəsi 3,8 trilyon rubl kəsirlə icra edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Xəzinədarlığının saytında məlumat verilib.
Bundan əvvəl Maliyyə Nazirliyi bu dövr üçün büdcənin icrasını 2,7 trilyon rubl kəsirlə nəzərdə tutmuşdu. Lakin faktiki kəsir 1,1 trilyon rubl artıq olub ki, bu da Rusiya iqtisadiyyatındakı real vəziyyətin qətiyyən ürəkaçan olmamasından xəbər verir.
Xəzinədarlığın məlumatına görə, 2025-ci ilin ilk iki ayı ərzində büdcə gəlirləri 3,9 trilyon rubl, xərcləri isə 7,76 trilyon rubl təşkil edib.
Büdcənin icrası ilə bağlı Xəzinədarlığın və Maliyyə Nazirliyinin proqnozları arasındakı uyğunsuzluq, gəlirlərin 1 trilyon rubldan çox azalması ilə əlaqədardır. Gəlirlərin azalmasında isə təbii ki, Ukraynada davam edən işğalçılıq müharibəsi səbəbindən meydana çıxan çoxsaylı iqtisadi problemlər və sanksiyalar xüsusi rol oynayır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 Mart 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















